
- Mən eştdiyimə görə, bu məsələ məzuniyyətdən gələn icra başçısını da narahat edir. Rüşvət aparatı mərkəzləşəndə bilirsən ki, faizi kimdən alırsan. Yoxsa, rəhbər bilmir ki, odunun haqq-hesabını bu 4 qrupun hansından alsın. Hətta təklif edir ki, kəsilən ağacların kötüyü birinin, gövdəsi o birinin, budağı lap o birisinin, yarpağı da bu birisinin... lakin alınmır. Odun intiriqası az qala dükan–bazar, hətta Qarabağ davasını arxda qoyub. Deyəsən, axırda ATƏT, Minsk Qrupu məsələyə qarışmalı olacaq. Əziyyəti də yenə xalq çəkir - odun gündən-günə bahalaşır.
- Bəlkə bu intiriqaçılar da cadugərin yanına getsinlər?
- Cadugərlər daha maraqlı işlərlə məşğuldurlar. Belə qatışıq işlərə baş qoşmazlar. Məsələn, bizim çox hörmətli, ilhamlı cadugərlərdən biri arvad-uşağını atıb Moskvaya qaçan bir qadının həyat yoldaşını geri qaytarmaq üçün onun xanımına danasını satdırıb və vəd edir ki, ərin 10-15 günə qayıdacaq. Qadın 10 gün gözləyir, 15 gün gözləyir, görür ki, kişi qayıtmadı. Başılovlu cumur cadugərin evinə. Cadugər özünü itirmədən hasarın yanında onu qarşılayıb deyir: ”Qıza, haradasan, cinlər Rostova qədər gedib, pulları qurtarıb, həyətdəki keçini də sat, pulunu gətir, cinlərə pul yollayaq, məsələni həll etsinlər”.
- Yaxşı, keçən dəfə Mətləbin karikaturasında “Kitab səni mənə göstərir” deyən cadugər doğrudan da belə əməl edib?
- Qıza, niyə eləməyib. Bu hələ harasıdır. Qonşu kənddə bir cadugər var, hansı qadını tək, ya ürəyiymşaq görür, dərhai deyir ki, bacı, deməyə də utanıram, sənin duanı gərək göbəyinə yazam.
- Belə-belə imansızlıq edirlər ki, göydən ilan-qurbağa yağır da...
Zahir Əmənov