- İndi nə dəyişdi ki?
- İndi tərif bir yana, heç tənqid etməyə adam tapmırsan. Yəni, bir çox məmurları, özündən deyən kişiləri elə ucuzlaşdırıblar ki, bunlar olub tənqiddən də aşağı. Köhnə kişilərdən biri demişkən, “çoxunun quru fiqurası” qalıb. Hamı inildəyir – bir tikə çörəyi güclə tapan da, həyətində 2-3 xarici maşını olan da. O gün bir köhnə tanışımı gördüm, yeni vəzifəyə keçməyi münasibəti ilə təbrik etdim. Gördüm ki, dımığı aşağıdadır. Dedim ki, ay kişi, elə deyirdin, ”vəzifə”, ”vəzifə”, bu da vəzifə. İndi niyə mıs-mırığını sallamısan?
- Yəqin ki, vəzifəyə görə pulu çox istəyiblər.
- Qıza, sən də elə köhnə bayatıları oxuyursan. Saat 11-də bundan işə girmək üçün ərizə alıblar, bir saat sonra isə daşıdığı vəzifədən azad olması barədə ərizə yazdırıblar.
- Vəzifədə cəmi bir saat oldu?
- Vəzifəsini almayıblar e,.. ərizəsini alıblar. Yəni işlə, amma unutma ki, baş-ayaq atsan, həmişə puşkadasan, ərizən əlimizin altındadır.
- Sonra nə deyiblər?
- Deyiblər ki, ancaq faizə işləyəcəksən. Ümumi qazancın sənə dəxli yoxdur. 10 faizini götür, lal ol. Qısası vəzifənə arxayın olma, indi sən bizim fuflamızsan.
- Vay, vay. Bu müdir bədbəxtləri nə günə qoyublar. Bəs bu yazıq neyləyib?
- Neyləyəcək, o da gedib baxıcının, falçının yanına. Axı, indi hamı böyüklü-kiçikli onların yanına gedir. Hə, bu da gedib həmin baxıcının yanına, dərdin danışıb. Dərdi çıxılmaz olduğu üçün o da göndərib bunu o biri cadugərin yanına. Cadugər deyib ki, sənin problemini həll edə bilmərəm. Yəni baş müdirinin dil-ağzını bağlaya, tamah damarını zərərsizləşdirə bilmərəm. Çüngi səndən əvvəl bura o özü gəlib, necə lazımdır hörmətimizi edib, biz də cadugərlik sahəsində elm və texnikanın ən son niliyyətlərindən istifadə edərək, onun üçün ən güçlü və ən gözlənilməz bəlalardan müdafiəyə aid dualar sistemi yaratmışıq. İmkan eləsən, get filan cadugərin yanına.
- Yəni, bizdə falçı, cadugar belə çoxdur?
- Qıza, sən də fil qulağında, palma “kölgəsində” yatmısan. Hazırda rayonda baxıcıların, cadugarlərın sayı rayonda yazıçıların sayından bir az aşağı ola-olmaya. Hər kənddə yapçını, cəbhəçini, müsavatçını tanımasa-lar da, cadugərləri, baxıcıları tanımayan yoxdur. Daha onların yanına kimlər getmir ki - icra başçıları, şirkət sahibləri, ər axtaran qızlar, evdə ərindən şübhələnən arvadlar, ev tikmək istəyən, ev yıxmaq istəyən, impotent olan... Deyirlər, bu yaxında onların rayonda birləşmiş həmkar-lar təşkilatlarını yaradacaqlar ki, bəzi-bəzi biz kimi pis adamlardan onları müdafiə etsinlər. Həm də bu sahədəki maraqlı iş təcrübələrini, məşhur bicliklərini ümumiləşdirib kitabça şəkilində gənc cadugərlər arasında yaysınlar. Hələ bir gizli sex də açıblar ki, burada eşşək tükündən, qara anacın ayağından, it sümüyündən, pişiyin kəlləsindən, palmanın kötüyündən, qurdun yağından,... hazır bükmələr düzəldib, müxtəlif həyətlərdə basdırarsınız.
- Deyəsən, doğrudan da bu millətın “zaryatka”sı qurtarıb.
- Nənəli, millət neyləsin? İcra hakimi, polisi, prokuroru şikayyətlərinə baxmır, bunlar da üz tutub cadugərin yanına. Guya xalqın “zaryatka”sı olanda nə dəyişirdi ki? Onsuz da əksəriyyət pultla işləyir. Məscidə gedən yox, kluba gedən yox, kitabxanaya gedən yox, məktəbə gedən yox, stadİona gedən yox... bu toylarla yaslar olmasa idi, millət tamam əldən gedərdi.
Zahir Əmənov