Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bəzi kanallarımızda ailə-məişət mövzularının həddindən artıq qabardılması maraqsız və iyrəncdir...”



“İnsanlarla ünsiyyət zamanı fikirlər belə oldu ki, Azərbaycanın mədəniyyətinə, adət-ənənələrinə xas olan seriallar çəkilsin, bayağı mahnılar efirdə olmasın”

Bunu açıqlamasında Xalq artisti, AzTV-də Bədii Şuranın üzvü Faiq Sücəddinov deyib. F.Sücəddinov şura üzvlərinin insanlarla görüşməsinin faydasından danışıb:

“Biz bir həftə öncə Bədii Şura üzvləri olaraq Xəzər rayonunda insanlarla görüşdük. Təbii ki, orda konsert də təşkil olundu, çünki söhbətlə yanaşı, musiqi də olmalıdır ki, görüş maraqlı keçsin. İnsanlarla ünsiyyət zamanı fikirlər belə oldu ki, Azərbaycanın mədəniyyətinə, adət-ənənələrinə xas olan seriallar çəkilsin, bayağı mahnılar efirdə olmasın. Radioda olan köhnə verilişlər bərpa edilsin. Sumqayıtda isə görüş zamanı öyrəndik ki, orda çox istedadlı şagirdlər var. Biz bunu nəzərdə saxlamışıq və onlarla yenidən görüşəcəyik. Bununla yanaşı, Bakının digər rayonlarında da görüş keçirəcəyik. İndi planımızda var ki, Bakı Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə görüşək”. 

Xalq artisti bəzi telekanallarda yayımlanan əcnəbi seriallara son qoyulmasının vacibliyini vurğuladı:

“Bəzi kanallarımızda ailə-məişət mövzularının qabardılması çox maraqsız və iyrəncdir. Onlar elə düşünür ki, bununla reytinq qazanırlar, amma düşünürəm ki, bunlar düzgün iş aparmırlar, bizim mədəniyyətimiz bundan ibarət deyil. Həmin telekanallarda yayımlanan ucuz seriallar da heç kimə lazım deyil və buna görə onlara təzyiq göstərilməlidir”.
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10