Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ailə quran gənclərlə bağlı belə ibrətamiz addımı təbliğ etmək yaxşı olar və bu adətə çevrilə bilər...”



Tovuzda dünən toyu olan orta məktəb müəllimi restoran getmədən öncə həyat yoldaşıyla birlikdə rayonun Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərimizin məzarı üstünə gül çələngləri qoyub. Qeyd edək ki, bu, gənclərin toy mərasimləriylə bağlı birinci hadisə deyil. İnsanlar da cütlüklərin şəhidlərimizə qarşı bu cür addımlarını alqışla qarşılayıblar. 

Cenub.a xəbər verir ki , moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas gənclərin bu cür addımlarının adətə çevirilməsinin vacibliyini vurğuladı:

“Siz gəncsiniz, ola bilsin yadınıza gəlməz. Sovet hökumətinin vaxtında ailə quran gənclər “26-lar” məşəlinə gül qoyub, şəkil çəkdirərdilər. Əslində  vaxt həmin gənclər hökumət tərəfindən yönləndirilirdi, bu, gənclərin öz arzusu deyildi. Hətta mənim bir dayım oğlu da toyunda gəlinlə gedib məşəlin qarşısında şəkil çəkdirmişdi və buna görə onunla məzələnirdim. Amma bu günki gənclərimiz könüllü, ürəklə gedib şəhidlərimizi ziyarət edirlər. Bu çox gözəl adətdir. Gedib şəhidlərin ruhunu şad edib, onlardan da xeyir-dua alırlar. Burda pis nə ola bilər ki? Ailə quran gənclərlə bağlı belə ibrətamiz addımı təbliğ etmək yaxşıolar və bu adətə çevrilə bilər. Necə ki, İlham və Fərizənin toy gününü yavaş-yavaş insanlar sevgililər günü kimi qeyd edir, bu da elə adətlərimizdən biri ola bilər”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10