Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Deputatın iclasda oturub şalvarı, donu stula sürtməsi ilə iş bitmir…”


“Gərək tribunaya çıxıb haqqı tələb edəsən və lazım gələndə çığırmağı da bacarasan...”
“Mən zavodlarda, fabriklərdə fəhlələrlə görüşmüşəm – onlar seçkilərə getməyiblər. Gələcəkdə seçki zamanı təsadüfi seçilənlərin hamısını çıxarmalıyıq…”


Azərbaycanda respublikanın və ya keçmiş Sovet İttifaqının qanunverici orqanlarına seçkilərin tarixini araşdıranda məlum olur ki, deputatlara yerlərdə səsvermə zamanı saxtalaşdırma və ya yuxarılardan siyahıyla təyin edilmə hallarının əsası hələ sovet dövründən qoyulub…

Cenub.az xəbər verir ki, moderator.az əməkdaşı  bu mövzuda araşdırma zamanı 23 il öncə Milli Məclisin də üzvü olarkən düşmən güclərin sifarişi ilə güllələnərək qətlə yetirilmiş rəhmətlik  milli qeyrətli tarixçi, akademik Ziya Bünyadovun 1990-cı ildə tanınmış  nasir və jurnalist Azər Abdullaya verdiyi  müsahibəsindəki ibrətamiz fikirlərinə rast gəlib.

Jurnalistin SSRI Xalq Deputatları qurultayında iştirak edən Azərbaycan deputatlarına münasibəti barədə sualını mərhum akademik və deputat belə cavablandırıb: 

“Qurultaydakı deputat dəstəsi siyahı ilə göndərilib. Əgər bütün SSRİ Ali Sovetində 8 sağıcı varsa,  onun 5-i Azərbaycandan gedib. Orda elə adamlar var, onlar seçki ilə seçilməyib.  Mən zavodlarda, fabriklərdə fəhlələrlə görüşmüşəm – onlar seçkilərə getməyiblər. Gələcəkdə seçki zamanı təsadüfi seçilənlərin hamısını çıxarmalıyıq. Deməliyik ki, sağıcısan, eşq olsun sənə, get öz işinlə məşğul ol. Deputatın iclasda oturub şalvarı, donu stula sürtməsi ilə iş bitmir. Gərək tribunaya çıxıb haqqı tələb edəsən və lazım gələndə çığırmağı da bacarasan...”

“Qobustan” incəsənət toplusu,  № 2, 1990-cı il.








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10