Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünyanın ən varlı adamı "Yer kürəsini xilas etmək" üçün 10 milyard dollar verdi



Amazon şirkətinin baş direktoru Jeff Bezos planetdəki iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün onun adını daşıyan Yer Fondunun yaradılması barədə qərarını açıqlayıb.

Cenub.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.

Bezos yazır: “Artıq öyrənilən metodları təkmilləşdirmək və iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə mübarizə üçün yeni metodlar tapmaq istəyirəm.”

“Planetimiz üçün ən böyük təhlükə” ilə mübarizə aparmaq üçün 10 milyard dollar ayıran Bezosun sözlərinə görə, Yer Fondundan vəsait bu problemin həllində iştirak edən elm adamlarına, fəallara və qeyri-hökumət təşkilatlarına ayrılacaq.

“Mən bu yay qrant verməyə başlayacağam” deyib milyarder.

Bezos şirkətləri, hökumətləri, beynəlxalq təşkilatları və sadə insanları birlikdə işləməyə çağırıb.

“Yer hamımızı birləşdirən bir məkandır, gəlin birlikdə qoruyaq” deyib.

Daha əvvəl Jeff Bezosun Forbes jurnalına görə dünyanın ən varlı adamları siyahısında yenidən lider olduğu bildirilib. O, 115.5 milyard dollar göstərici ilə Louis Vuittonu (112.9 milyard dollar) ötüb.

konkret.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10