Cavablar isə aşağıdakı kimidir:
- Ancaq pul yığaram;
- Rayonun nəyi var - dükan yeri, daş-torpaq,... dünya qiymətlərindən də baha qiymətə sataram;
- Həmişə məzunuyyətə gedərəm.
Heç fikirləşmədən birinci cavabı vurdum. Yəni, ancaq pul yığaram. Fikirləşdim ki, bundan yaxşı iş var?! Nə qədər fürsətdir min, çap, tala, villa tik, 5-10 ev, obyekt al, sənra nə ola-ola. Haqq-hesab soruşan var? Bir az hökuməti təriflə, şəkillərini sinənə, otağına vur, başla sökməyə.
- Nə oldu, cavabın düz çıxdı?
- Yox, ay bacı. Cavab alınmadı. Sən demə, Cibutidə icra başçıları işləyəndə yox e, məzuniyyətə gedəndə daha çox qazanırmış.
- Çəm-çümünü öyrəndin də.
- Öyrənmişəm. Özü də bitdə-bitdə. Bu cibutili bacı deyir ki, orada icra başçısı işləmək müsibətdi - şikayətçilər, yardım, vəzifə istəyənlər adamın zəhləsini tökür. Ən yaxşısı ildə 3-4 dəfə məzuniyyətə getməkdir.
- Bəs pulu necə qazanır?
- Deməli, bir məzuniyyətə getmək məsələsində orada az qala bir ilin pulunu bir saatda qazanarsan. Birinci, 30-35 ərazi nümayəndəsi var ha, onların hər biri üçün cibuti manatı ilə 200-dən mükafat yazıb 6-7 min buradan boğursan. Sonra təmir–abadlıq üçün rayona ayrılan pulu dədə malı kimi yarıbayarı bolüb, yarısını özün götürür, yarısını da qalan məmurlara bölüşdürürsən. Xəbər tutsalar, bir az da el yolunda xərcləyirsən. Ən çörəklisi isə müəllimlərin məzuniyyət pulunu plastik kartla yox, nağd pulla verdirib, bunun ən azı 4 faizini (insaflı olduğu üçün 5 faiz eləməyib ki, dəllallara, vasitəçilərə də bir şey çatsın), 30-40 minini ulu babalarının mirası kimi qoyursan məzuniyyət sandığına.
- Elə bu?
- Nə bu, qıza? Burda məktəb təmiri, bağçaların yemək pulu, nisyələr, kadr pulu (yəni, bir-iki vəzifənin haqqını bu başdan alıb çıxarsan aradan) və digər mənbələr.
- Bəs hədiyyə verəndə onu el dəbi ilə yola salan olmur?
- Əsl kef bundadır. Az qala sahibkarlar, müdirlər, dəllallar, hətta bəzi hacılar və bu qəbildən olan digər məxluqlar növbəyə dayanıb kişi ilə halallaşırlar. Bu böyüklükdə yurdun rəhbərini səfərə əliboş yola salmaq olmaz ki. Tutaq ki, orada biri ortaya Malbora atır, gərək bizimki heç olmasa Kent ata, yaxud, Yaşıl Burun Adalarının başçısı birdən ortaya heroin atdı, gərək cibutili başçı da ortaya heç olmasa kokayindən-zaddan ata. Dost var, düşmən var, onların əlinə baxan deyil ki. Biz də özümüzə görə bir kişiyik, ya yox.
- Bunlara baxanda gərək bizimkilərin ətəyində namaz qılaq. Eşitmişəm ki, neçə dəfə bizim başçıya rüşvət vermək istəyiblər, deyib ki, mən Allah adamıyam, haram tikə yemərəm. Bir də mən qanundan qorxan adamam. Prezidentimizin korrupsiyaya, rüşvətə qarşı mübarizə ilə bağlı qərarı var, kişinin şəkli başım üstdə ola-ola onu pozmaq kişilikdən deyil.
- Onun puldan zəhləsi getdiyini mən də eşitmişəm. Bir də eşitdiyimə görə, cəmi bir dəfə ona yalvar-yaxarla 90 manatlıq hədiyyə veriblər, o da bu hədiyyənin 90 manatlıq oldüğunu bilən kimi onu gətirənə 41 manat qaytarıb deyib ki, bizin müqəddəs Azərbaycan qanunlarına görə 50 manatdan artıq hədiyyə bəxşiş yox, cinayət, rüşvət sayılır. Yəni, bundan artığını ala bilmərəm.
-Nə isə, mətləbdən uzaqlaşmayaq. İndi gördun ki, işləmək əzab, məzuniyyət isə həm kef, həm də kalan pul deməkdir. Ona görə elə məzuniyyəti dörd yerə bölüb, ildə bir neçə dəfə bu adla rayonu tərk eləsən, kalan irəli düşərsən.
Zahir Əmənov