Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerik. Orand kəndi. Qardan sonra bağlanan yol



Yerli sakinlər belə hesab edir ki, İqbal Məmmədov bu kənddən arzu etdiyi səsi əldə edə bilmədiyi üçün yolu təmizləmirlər

 

 

Seçki ərrəfəsi və günü yağan qar Lerikin əksər kəndlərində, o cümlədən ucqar Orand kəndində güclü fəsadlar yaradıbKənd sakinləri əlacsızlıqdan bir çox mətbuat təmsilçilərinə, o cümlədən bizə müraciət ediblər.

Sakinlər bildirir ki, kəndin əsas yolu 4-5 gündür ki,bağlıdır,rayon mərkəzi ilə əlaqə yoxdur.Kənd sakini İsa Əbdülov vəziyyətin gündən- günə ağırlaşdığını deyir:”Qonşi kənd var, Şiləvan kəndi. Bizdən 4 kilometr oraya yoldur. 


Şiləvan kəndin yoly açıqdır. Qar yağdı, yolu bağladı. Seçkini keçirtdilər, bizi yaddan çıxartdılar.Kəndin 1200 nəfər əhalisi var. 

Qonşu kəndlərdə müyyən işlər görüblər. Bizdə yox. Naziliklərə, yerli icra orqanlarına dəfələrlə müraciət etmişik. Hansı yerə zəng vururuq deyirlər ki, bizlik deyil. Yolda qarın hündürlüyü 5-6 metrdir. Külək qarı töküb yola.Yaxşı ki, ışıqlar yanır. Adətən belə vəziyyət yarananda işıqlar sönür. Kənddə ərzaq mağazası yoxdur. Ərzaq məhsullarına ehtiyacı olanlar var. Xəstəni mərkəzə apara bilmirik. Kəndə 1-2 xəstəmiz var. Hər gün kəndin mərkəzinə toplaşırıq, çarə edə bilmirik.”

 Kəndin digər sakini Ağaddaş Rzayev də narazılığını belə ifadə edir:”Bizim kəndlə Lerik şəhəri arasında 13 kilometr yoldur. Bunun 4 kilometri bağlıdır. Seçkiyə qədər hər gün bir dəstə adam kəndə gəlirdi, vəd verirdilər. Fevralın 9-da səsvermədən sonra bizi yaddan çıxartdılar. Hamı qaçdı. Xəstəmiz var. Bununla bağlı səhiyyə nazirlyinə zəng etmişik. Elə bil qurbağa gölünə daş atıblar. Dərdimizi kimə deyək? Bu elə də çətin bir iş deyil.Texnika gətirsinlər,yolu təmizləsinlər.Bir gün vaxt istəyir.”

Kənd sakini Rafiq Əliyev kəndə mal-qara üçün ot gətirə bilmədiyini deyir:”Mal-qaraya ot vermək belə çətinləşib.Yol bağlıdır, ot gətirə bilmirik.”

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə deyir ki, yol açıqdır:”Texnika ilə yolu açdırmışdıq. Ola bilər yenidən qar yağıb. Onlar üçün asfalt yol çəkilib. İndiyə kimi traktordan başqa kənddə texnika görməmişdilər. İndi kəndə mersedes gedir. Hər gün qar yağır. Hər gün də texnikanı oraya salmaq mümkün deyil. O yol çətin keçilən ərazidə yerləşir. Qış gələndə 3 ay onların yolu bağlı olur. Lerikdə elə texnika da yoxdur ki, yola çıxardasan. Vətəndaşların şəxsi texnikalarıdır. Pulunu, yanacağı veririk, onlar yolları açırlar. Bir gün bundan əvvəl yolları açmışdıq.”

Redaksiyadan: Elə yazını çapa hazırlayarkən Orand kəndindən məlumat aldıq ki, qarlı yolların təmizlənməsinə başlanılıb. İnanırıq ki, rəhbərlik bundan sonra da mətbuatın reaksiyasına həssaslıqla yanaşacaq, ucqar kəndləri çətin anlarda ağır duruma salmayacaqlar.

Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10