Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

30 iyun 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Yaxşı, indi bizim məsələnin bu söhbətə nə dəxli var?
- Çox dəxli var, nənəli. Tutaq ki, bir nəfəri tənqid edirik, özü, yəni ”anası” qalır bir tərəfdə, ”xalası”, “bibisi” başlayır saçın yolmağa,... şivənlik etməyə.
- Sən ki, ünvansız danışmazdın?
- Ünvan deyəndə, adını çəkib məşhurlaşdırmaq istəmirəm. Çünki bu “xala” rolunu üzərinə götürən bir çox əməllərinə görə tənqiddən də aşağıdır. Vaxtı ilə üzəduranlıq edib, onlarla adama üzdə bir söz, arxada başqa bir söz deyib. Övladı çalışdığı dövlət idarəsində qulaq atmadığı adam yoxdur. Qardaşının çalışdığı təhsil ocağında saxtakarlıqlar, özbaşınalıqlar tüğyan edir. Guya özü də jurnalistdir. Hərdən qəzetimizdə nöqtə, vergül səhvi axtarır. Fikirləşmir ki, özündən güclülər yanında sual işarəsinə, 3 nöqtəyə dönənlər bizim meydanımızda at nədir, heç hökümətin 41 min dolara aldığı eşşəyi də oynada bilməzlər. İndi orada-burada guya əleyhimizə imza toplamaq istəyirlər.
- Bəs onun bu əməlinə nə reyaksiya verəcəksən?
- Bir adamın ki, el arasında ləqəbi ”çığır çığırov” ola, elə çığırıb-bağırıb oturacaq yerində. Oturmaz, əlimizdə olan bəzi sübutlarla otuzdurarıq. Ən azından elə qəzet vasitəsi ilə çatdırarıq ki, belə qəhrəmansansa, doğrudan da, 3-5 faizlik jurnalistliyin varsa, daha toylarda riyakar çıxışlar əvəzinə təhsildə, səhiyyədə və digər sahələrdə baş verən ziyalı sözünü mətbuatda de, xalq da bilsin ki, mərdliyinin, cəsarətinin ölçüsü nə qədərdir. Bir də tənqid etdiyimiz şəxs “qatıq” deyil ki, onun əvəzinə sən danışasan. Biz ki, göz qabağındayıq. Kimin sözü var, gəlsin, mərd-mərdanə danışaq.
- Mənə elə gəlir ki, orada-burada cükküldəyən cücələr belə getsə, heç payıza çıxmayacaqlar. Çünki onlar 7-8 il öncə də bir dəfə belə bədnam imzatoplama oyununa baş qoşdular (oxu “XXl əsrin üzə duranları”. “Masallı xəbərləri” 2001-ci il), rüsvay oldular. Deyəsən, istəyirlər, belələrinə keçdiyimiz dərsi təkrar edək.
- Qıza, belələri ilə yanaşı bizdən razılıq edənlər də az deyil. Neçə-neçə məktəb direktoru bizə təşəkkür ünvanlayıb, hətta bizi günortaya dəvət edənlər də var.
- Xeyir ola?
- Çünki ötən sayımızda yazmışdıq ki, test imtahanlarının qiyməti ayrıdır, attestatın qiymətləri ayrı. Yəni valideynlər bunu qarışdırmasın. Bu məsləhət də drektorun çox karına gəlib. Yəni test üçün manat verənlər elə attestat üçün də elə o qədər nəzir verməyi unutmayıblar. Dədələr goru, düz deyirəm. Özün bilirsən ki, mən qanundan qorxan adamam.
- Nədən, kimdən qorxursan, özün bilərsən. Amma elə fikirləşmə ki, belə atmacaların kimlərinsə yatmış vicdanını oyadacaqsan. Çünki o adamlarda insan mənəviyyatı ilə bağlı bir çox müsbət “detallar” o qədər buzlaşıb, o qədər duzlaşıb, o qədər sümükləşib, o qədər daşlaşıb ki, söz-filan elələrinin ancaq söyüş damarını tərpədə bilər. Gərək belələrini aparasan isti suya, iç-içalatını yaxşı masaj elətdirəsən, qaynar vannalarda qaynadasan, duzları daşların əritdirib, yuyub sərəsən sal daşların üstünə...
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10