Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hüseyn Cavidin dostu, Atatürkün badə yoldaşı, Mirzə Cəlilin düşməni – Xalq artistinin film kimi həyatı...



Bu gün böyük sənətkar, Xalq artisti Rza Təhmasibin anım günüdür. 

Cenub.az kulisə istinadən bu münasibətlə sənətkar haqqında maraqlı faktları təqdim edir.

Rza Təhmasib 1894-cü il aprelin 24-də Naxçıvanda tacir ailəsində doğulub. Onun babası Hacı Ələkbər dinə dərin etiqadına görə böyük nüfuz sahibi olan ağsaqqallardan biri idi. Rza Təhmasib tacir ailəsində doğulsa da o qədər də varlı uşaqlıq keçirməmişdi. Babası onu özü ilə bərabər keçirilən xan məclislərinə aparar, sanballı insanıların əhatəsində böyüməsi və inkişaf etməsi üçün zəmin yaradardı.

Gallery

O, çox erkən yaşda anasını itirir. Rzanın tərbiyəsində və böyüməsində iki qadın böyük rol oynayır. Onlardan biri nənəsi, digəri isə Durna adlı bibisi olmuşdur. Rza Təhmasib öz xatirələrində onlar haqqında belə deyir: “Mən ana görməmişəm, Durna bibi mənə əsil ana olub, nazımı çox çəkib. Nənəmin gen tumanı həmişə mənim üçün alınmaz qala idi. Nadinclik üstündə cəzalardan mən hər dəfə onun qat-qat tumanı qoruyardı”.

***

Təhmasib Ərəblinskiyə olan sevgisi ilə teatra gəlib. Onun Ərəblinski olmaq istəyi Naxçıvandakı həvəskar aktyorların məşqlərinə gətirib çıxarır.

Gallery

O, 1909-cu ildə yazıçı dramaturq Hüseyn Cavidlə tanış olur. Onların müəllim tələbə münasibətləri başlanır. Həmin dövrlərdə Cavid İstanbul universitetindəki təhsilni bitirib Naxçıvana qayıdaraq öz evində məktəb açmışdı. Rza da bu məktəbin ən qabaqcıl tələbələrindən biri idi.

Gallery

Təhmasib 1910-cu ildə atasını razı salaraq onunla birlikdə Tiflisə gəlir. Lakin, gəliş gecikdiyindən bütün qəbul imtahanları baş çatır. O, atasının istəyi ilə kommersiya məktəbinə daxil olur. Lakin, qısa vaxt ərzində Azərbaycanlı artistlərin yaratmış olduqları “Auditoriya” dərnəyinin üzvü olur.

Gallery

Təhmasibin atası oğlunun aktyor olmasına razı olmayıb. Bir gün Tiflisə oğluna baş çəkməyə gələn ata özü də bilmədən oğlunun iştirak etdiyi tamaşaya bilet alır. Bundan xəbər tutan aktyor yaxşıca qrimlənsə də, atası onu tamaşanın ikinci hissəsində tanıyır. Tamaşadan sonra atası oğlundan heç bir izahat tələb etmədən, nəsihət vermədən çox sakit məzəmmət dolu baxışlarla oğlunu süzərək ondan ayrılır.

Gallery

Aktyor Tiflisdə kirayə qalır. Onun ilk məhəbbətlə tanışlığı da elə həmin dövrlərə təsadüf edir. 1910-cu ildə o, Hüseyn Cavid və Əziz Şəriflə tanış olub dostlaşır. Əziz Şərif xatirələrində yazır: “Biz tez-tez Botanika bağı dərəsinə gedər, məclis qurar və uşaqlığımızı yada salıb əylənərdik. Rza şərab içmədiyindən bizə nisbətən ayıq olurdu. Və biz şuluqluq edəndə o, əzabkeş lələ kimi bizimlə maraqlanırdı.”

Gallery

Bir müddət sonra Rza Təhmasib nümayəndə heyətinin tərkibində tərcüməçi kimi uzun müddətə Türkiyəyə göndərilir. Türkiyədə işləməklə yanaşı həm də yetimlər xeyrinə verilən tamaşalarda iştirak edir. Onların tamaşalarını izləməyə Mustafa Kamal Ataturk də gəlirmiş. Həmin tamşaların birinin sonunda Rza Təhmasib Cavidin “İblis” tamaşasından monoloq söyləyir. Bundan sonra onu din, dövlət əleyhinə kommunist təbliğatı aparmaqda günahlandırıb Türkiyədən qovmaq istəyirlər. Yalnız Atatürkün işə qarışmasından sonra bu təhlükə sovuşur.

Gallery

Sonralar Atatürk şəxsən özü Təhmasibi təşkil etdiyi məclislərə dəvət edib, ondan məhz həmin monoloqu söyləməsini xahis edərək deyərmiş: “Rza bey, şu monoloqu lütfən bir daha söyləyiniz”.

***

1922-ci ildə aktyor Bakıya geri qayıdan aktyor teatra işə düzəlir. Cavid, Əbdürrəhim bəy Haqverdiyev kimi ədiblərlə möhkəm dostluq etsə də o zaman Xalq Maarifi komissarı olan Cəlil Məmmədquluzadə ilə aralarında soyuqluq yaranır:

“Dostlarımın köməyi” ilə Mirzə Cəlili elə ilk gündən inandırdılar ki, mən teatr işini bacarmıram, işləyə bilmirəm. Bundan sonra ədib mənim işlərimə mane olmağa çalışır teatra pul buraxmır, taxta, bez, rekvizit üçün vəsaiti vaxtında vermirdi. Hətta dost məclislərində məni işdən çıxaracağını deyirdi, haqqımda hörmətsiz danışırdı.

Gallery

Rza Təhmasib teatrla yanaşı “Səbuhi”, “Almaz”, “Fətəli xan” kimi filmlərdə də maraqlı obrazlar yaradıb. O, daha çox “Qanun naminə” filmində ifa etdiyi Qaloş obrazı ilə yadda qalıb. Filmdə onunla tərəf müqabili olan Xaql artisti Flora Kərimova müsahibələrinin birində Rza Təhmasibdən qorxduğunu dilə gətirir: Mehmanla Züleyxanın zarafatlaşan zaman otaq şüşəsinin qəfildən sınması və Qaloşun qırıq şüşədən onları izləməsi səhnəsi kinostudiyanın pavilyonunda ekranlaşdırılırdı.

"O an məni vahimə basmışdı. İnanın, bir neçə gün o qorxunun təsirindən çıxa bilmirdim. Çəkiliş getdiyini, Qaloşu oynayanın Rza Təhmasib, hər gün salamlaşdığım adam olduğunu bildiyim halda qorxmuşdum. Məndə xof yaranmışdı. Rza Təhmasib orada o qədər real oynayırdı, elə zəhmli baxışı vardı ki, həqiqətən filmə çəkildiyimi unutmuşdum. Bu aktyorun qüdrətindən irəli gələn bir şey idi, sözlə ifadə ediləsi deyil".

Gallery

1930-cu ildə Tuqanovun rejissorluğu ilə Cavidin “Knyaz” əsəri səhnəyə qoyulur. Əsərdəki Knyaz obrazı isə Təhmasibə həvalə olunur. Tamaşadakı Knyazın dəlilik səhnəsini ifa etməkdən ötrü aktyor iki dəfə ruhi xəstəxanaya gedir və oradakı xəstələri müşahidə edir.

***

1934-cü ildə rus kinosunun ustalarından biri hesab olunan Sergey Eyzenşteyn öz assisentini məktubu ilə birgə Bakıya yollayır. Assisent həmin məktubu Təhmasibə çatdırır. Kinomatoqrafiyada rejissor kimi işləmək istəyən Moskvaya yola düşür. İmtahanı Eyzenşteyn özü qəbul edir. 41 yaşlı aktyor əla qiymətlə akademiyaya qəbul olunur.

Gallery

Təhsil illərinin sonunda aktyor müəllimi Eyzenşteynlə olan son söhbətini belə xatırlayır: “Bir gün Eyzenşteyn məni evinə çağırtdırdı. Onun evi mənzili deyil, böyük bir kitabxananı xatırladırdı. O, məni çarpayının yanında oturdub yumşaq tərzdə gülümsünərək söhbətə başladı: “Qulaq as, Təhmasib, gəl, birlikdə işləyək. Sən aktyorlarla çox yaxşı işləyirsən, mən isə bunu bacarmıram. Doğru sözümdür, mən aktyorlarla işləməyi bacarmıram. Mən obrazları aktyora izah edib ötürürəm, ancaq aktyordan bunu ala bilmirəm. Bu isə rəsmiyyətçilik və yorğunçuluqdur”.

Gallery

Lakin ailəsindən, qohumlarından uzaq düşən arvadı bu xəbəri eşidib ağlayır. Vətənə doğmalarının yanına qayıtmaq arzusunu dilə gətirir. Bundan sonra Rza Təhmasib Bakıya qayıtmağa məcbur olur.

***

Rza Təhmasib 1924-cü il iyulun 1-də aktyor “xəstəliyinə görə” öz xahişi ilə işdən azad olunur.

Gallery

1971-ci ildə aktyorun ailəsində ağır itki yaşanır. Sənətkarın cavan yaşlı qızı ürək iflicindən dünyasını dəyişir. Şəkər xəstəliyindən əziyyət çəkən sənətkarın səhhəti bu faciə ilə daha da pisləşir. Onun qanqrena olan ayağının biri narkozsuz halda amputasiya olunur. Bundan sonra o, doqquz il ömür sürür. 1980-ci il fevralın 14-də Rza Təhmasib dünyasını dəyişir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10