Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Deputat 270 milyonluq 3 torpaq sahəsini mənimsədiyinə görə həbs edildi...



Mahaçqala şəhər məclisinin deputatı bir tanışı ilə birlikdə 270 milyon rubldan çox dəyəri olan bələdiyyə və federal torpaq sahəsini ələ keçirməyə cəhd etdiyinə görə məhkəmədə cavab verəcək. 

Dağıstan mediası xəbər verir ki, məlumatı Rusiya Federal İstintaq İdarəsinin Dağıstan şöbəsinin mətbuat xidməti yayıb. İstintaq məlumatlarına görə, 2014-cü ildən 2017-ci ilədək müttəhimlər şəhər rəhbərliyi adından saxta sənədlər və satış müqavilələri tərtib edərək ümumi sahəsi 55.000 kvadratmetrdən çox və dəyəri təxminən 270 milyon rubl(təxm. 4 milyon 251 min dollar və ya təxm. 7 milyon 227 min AZN) olan bələdiyyə və federal mülkiyyətdə olan üç torpaq sahəsini cinayət yolu ilə ələ keçiriblər.

İstintaq zamanı görülən tədbirlər nəticəsində torpaq sahələri əsl sahiblərinə qaytarılıb.  Üzdəniraq deputat və tanışı haqqında isə Rusiya CM-nin xüsusilə böyük həcmdə dələduzluq və cinayət yolu ilə mülkiyyəti ələ keçirməklə bağlı müvafiq maddələri ilə cinayət işi qaldırılıb.

P.S. Yaxşı ki, bizim deputatlar belə işlərlə məşğul olmurlar...
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10