Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Aztəminatlı vətəndaşların borclarını ödəyən şəxs peyda oldu



Türkiyənin Diyarbəkir şəhərində naməlum şəxs ərzaq mağazasına girərək sakinlərin borclarını ödəyib.

Bu barədə məlumatı NTV telekanalı yayıb.

Türkiyənin bəzi şəhərlərində sakinlər vəsait çatışmazlığından kiçik ərzaq mağazalarından məhsulları nisyə alırlar, mağaza sahibi isə borcları dəftərə qeyd edir.

“Bu yaxınlarda mağazaya hündürboylu əsmər adam gəlmişdi və mağazanın nisyə dəftərinə qeyd edilmiş sakinlərin bütün borclarını ödəmək istədiyini söylədi. Ümumilikdə 12,5 min lirə olan borcu ödədikdən sonra dəftəri cırdı və qeydləri yandırdı. Sonra mağazanı tərk etdi”, – mağaza sahibi bildirib.

Sahibin sözlərinə görə, borcluların çoxu borcların ödənildiyinə dərhal inanmayıblar. Ötən ilin sonunda Türkiyənin bəzi şəhərlərində aztəminatlı müştərilərin borclarını bağlayan sirli naməlum şəxs ortaya çıxıb. O, küçədə uşaqlar və yaşlılara pul paylayırmış. Bununla belə, o, öz adını açıqlamır, buna görə də yerli sakinlər onu “Robin Hud” adlandırmağa başlayıb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10