Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"25 il bundan qabaq kişilikdən istefa vermişəm..."


Seyran Səxavət deyir ki:

– İnsan yalnız ölümə yaltaqlana bilmir.

– Nə qədər ki, Qarabağ torpağı erməni işğalı altındadı , laaaap aşağıdan laaaap yuxarıya qədər kim özünü kişi hesab edir etsin – mən özümü kişi hesab eləmirəm və 25 il bundan qabaq kişilikdən istefa vermişəm.

– Yalan yaltaqlığın lirikasıdır.

–Təqsiri olan adamlar günahını zəmanənin boynuna atırlar və nəticədə zəmanə bəşəriyyətin günah ambarına çevrilir – bax, bir gün bu anbar partlayanda dünyanın axırı olacaq.

– Baba ilə nəvə ona görə bir-birini çox istəyir ki, ikisi də bir ağılda olur.

– İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar.

– Mənə elə gəlir ki, insan yalnız ölənə qədər deyil, öləndə də öyrənir – öləndə də ölmək öyrənir.

– Dünya Allahın çin olmuş yuxusudur.

– Xalqın uğrunda ölməyə dəyməz, çünki xalq həqiqət deyil – həqiqətin yolunda ölmək lazımdır.

– Körpə ölümü yaşlı adamların yuxusu boyda bir şeydir.

– Cümlə qurmaq dövlət qurmaq qədər çətindir!

– Ən asan şey dünyaya gəlməkdir, çünki burda sənin heç bir zəhmətin yoxdur.

– “Salam verdim rüşvət deyildir deyə almadılar” (Füzuli) – ancaq rüşvət verdim salam deyildir deyə o saat aldılar...

– Qız uşağı sevinəndə Allah da gülümsəyir. Allahın dodaqlarına təbəssüm qonanda o, bəşəriyyətə qarşı daha çox mərhəmətli olur.

– Yumruq boyda daş, milyon illər boyu sıxılmış Yer kürəsi boyda torpaqdır.

– Mənə elə gəlir ki, Allah bütün dünyanı bizim kəndin üstündən idarə eləyir.

– Şuşa ucalığından baxanda Təbriz , Dəmirqapı Dərbənd, Borçalı çökəyi və İrəvan görünürdü – bu gün isə, Şuşanın özünü görə bilmirik.

– Yoooox!!! Sənin dediyin o həqiqət doğulmayacaq – Sən də, Mən də, O da yığışıb o həqiqəti abort elətdirməliyik! (“Qızıl teşt” tamaşasından – 1988-ci il).

– Aralıdan baxanda Yer kürəsi çürük toxuma oxşayırdı, yaxından baxanda isə oxşamırdı – eləcə çürük idi.

– Əgər Abdulla da davadan qayıtmasaydı, tarix kitabında yazacaqdılar ki, Sovet xalqı İkinci Dünya müharibəsində iyirmi milyon bir nəfər adam itirib.

– Qızlarının üzü gülməyən məmləkətin gələcəyi ağlar qalar.

– Bizim Milli Məclisdəki deputatların 99,9 faizinin yediyi çörəyə heç vaxt and içmərəm, əgər and içsəm bilin ki, yalandan and içirəm.

– Dünyanın ən xoşbəxt xalqı, dünyanın ən az yalan danışan xalqıdır.

– Xalq birləşəndə güclü olur, yazıçı təklənəndə.

P.S. Seyran Səxavət nə deyir eeee?!

Deyir dəəəə... /moderator.az/





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10