Böyük Britaniyadakı ən yaxşı təhsil ocaqlarının onluğuna daxil olan müsəlman məktəbinin rəhbəri aztəminatlı ailələrdən olan ingilis uşaqlara kömək edəcəyinə söz verib.
Bu haqda “The Times” nəşri məlumat yayıb.
Eyni zamanda ölkədəki digər müsəlman məktəblərini idarə edən bir fondun direktoru kimi çalışan Həmid Patelin sözlərinə görə, fəhlə ailələrindən olan ingilis oğlan uşaqların yalnız 7-dən biri ingilis dili və riyaziyyat fənlərindən imtahan verə bilər və "bu milli miqyasda biabırçılıqdır."
“İngilis mənşəli bir uşağın gələcəkdə üstünlükləri olacağına şübhə yoxdur. Yalnız Britaniya üzrə məşğulluq, orta əmək haqqı statistikasına baxmaq kifayət edər ”d-eyir Həmid Patel. "Bu ilk üstünlüklərinə baxmayaraq məktəbdə kasıb ailələrdən olan ağ oğlanların bu qədər zəif oxuması onlarla bağlı problemlərin nə qədər dərin olduğunu sübut edir”- deyən müsəlman direktor kasıb ailələrdən olan uşaqların oxuduğu məktəblərə kömək əlini uzadacağına söz verib.
Xatırladaq ki, bir neçə gün öncə saytımızda məhz Həmid Patelin rəhbəri olduğu fondun himayə etdiyi qızlar üçün bir müsəlman məktəbinin davamiyyətə görə İngiltərənin ən yaxşı orta məktəbləri sırasına daxil edilməsi haqda yazmışdıq.