Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikli namizədlər seçki saxtarlığına qarşı mübarizədə necə nümunə göstərdi? (Video)



Ölkənin əksər yerlərində fevralın 9-da keçirilmiş seçkilərdəki saxtakarlığa qarşı etiraz səsi ucaldılır. Bəs cənub bölgəsindəki 12 seçki dairəsində vəziyyət necədir? Bəzi seçkiqabağı öd püskürən namizədlər, elə lal olub ki, bəlkə növbəti seçkilərə qədər də dilləri açılmadı. Amma susmayanlar da var. Lənkərandan Yadigar Sadıqlı, Cəlilabaddan adın unutduğum bir nəfər videolar paylaşdı. Astarada etirazçı 5-liyin seçki öncəsi etirazları seçki sonrası çox da eşidilmədi. Bəlkə də mənə rast gəlmədi. Cəlilabadda Elman Nəsirovun ən ciddi rəqibi sayılan Sakit müəllim də  seçki sonrası elə sakit qalmağa üstünlük verdi. Təkcə Lerik rayonunda biri xanım olmaqla 5 namizədə elə seçki bitən kimi internet televiziyaya çıxdı. Sonrakı günlər də onlar mübarizəsini davam etdirdilər. İzləyicilər üçün maraqlı olacağını nəzərə alıb həmin namizədlərin fevralın 12-də reaksiya.tv-dəki çıxışını (18 min nəfərdən artıq izlənilib)sizə təqdim edirik.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10