Misirin şimalında bir arxeoloji qrup Dakahliya əyalətinin Umm əl-Xaljan bölgəsində qazıntılar zamanı 83 qədim məzarlıq tapıb.
Bu barədə məlumatı ölkənin Antik Abidələr üzrə Nazirliyi yayıb.
Antik abidələr üzrə Ali Şuranın rəhbəri Mustafa əl-Vəziri bildirib ki, aşkar edilən məzarlığın 80-i eramızdan əvvəl dördüncü minilliyin birinci yarısına aiddir.
Bu məzarlıqların oval çuxurlar şəklində edildiyi deyilir.
Mənbə bildirir ki, arxeoloqlar, həmçinin gil tabutlar və müxtəlif əşyalar da tapıblar.
Əl-Vəziriyə görə, o dövrün gil məzarları ilk dəfə Dakahliyada aşkar edilib.
Arxeoloqlar tezliklə yeni qəbirləri və qədim sivilizasiyanın izlərini kəşf edəcəklərini gözləyirlər.
Babək Göyüş
KONKRET.az