Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ən böyük müsəlman ölkəsinin gəncləri “Valentin günü”nün ifşasına başladı...



İndoneziyada bir qrup gənc fəal  “Valentin günü” adlanan qondarma “sevgililər günü”nün qeyd edilməsinin yolverilməzliyini xatırladan aksiyalar təşkil edir. 

Xarici İslam saytlarının verdiyi xəbərə görə, “Tanpa Pacaran” (“Nikahdankənar görüşsüz İndoneziya”) təşkilatı onunla unikaldır ki, cütlüklərin rəsmi nikaha girməzdən əvvəl ayrılıqda hər hansı bir romantik münasibətinə qarşı çıxırlar. 

“Tanpa Pacaran” mütəmadi olaraq gənclərlə görüşlər, mitinqlər keçirir, qız və oğlanların evlənmədən öncə istədikləri kimi görüşməsinin yolverilməzliyi barədə vərəqə və broşuralar paylayır. Fevralın 14-də təşkilatın fəalları, yeniyetmələr üçün geniş bir tədbir keçirəcək və nikahdan kənar münasibətlərin insanın mənəvi və fiziki sağlamlığını məhv etməsi haqda danışacaqlar. Gənclərə xatırladılacaq ki, İslam standartlarına, yəni Allahın qanunlarına görə birgə münasibətlərdə olmaq, yaşamaq üçün dərhal evlənmək lazımdır və "oğlan və qız" münasibətlərinin Qərbin bizə təlqin etdiyi vəziyyəti müsəlman dünyagörüşünə tamamilə ziddir. Belə münasibətlər bəşəriyyətdə əxlaqsızlığın, zinakarlığın baş alıb getməsinə  gətirib çıxarır...

P.S. Doğrudan da son oniliklərdə Azərbaycan cəmiyyətinə də nüfuz etmiş bu qondarma “sevgi” günü əslində əxlaqsızlığın, zinakarlığın təbliği günüdür... 

P.P.S. Ara yerdə dünya üzrə ətirsiz  Hollandiya güllərini sırıyan ticarət mafiyaları qazanır...

Sultan Laçın
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10