Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mehriban Sadıqova Rusiya azərbaycanlılarının təkidli tələblərindən sonra istefa verdi...



"Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib".

Bu barədə  Modern.az-a Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.

Məlumata görə,  Mehriban Sadıqova  qurumun  bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub.

Belə ki təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi tərk edəcək.

Məlumata görə, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən Mehriban Sadıqovanın istefası uzun müddətdir təşkilat üzvləri tərəfindən tələb edilirdi.

Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb.


Məsələni dəqiqləşdirmək üçün Modern.az Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət edib. Komitədən məlumatı təsdiqləyiblər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10