Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda ilk dəfə: bir yaşlı uşağa göbəkdən böyrək əməliyyatı icra edildi



Əlamətdar hadisə Bakının ən aparıcı klinikalarından biri olan, dünya standartlarına cavab verən Respublika Diaqnostika Mərkəzində gerçəkləşib. Yüksəkixtisaslı cərrah-uroloq, transplantoloq Rəşad ŞOLANın rəhbərliyi altında bir yaşlı uşaq üzərində göbəkdən daxil olmaqla böyrək əməliyyatı aparılıb.

Rəşad Şolan əməliyyatdan sonra təəssüratlarını bölüşüb: “Bir yaşlı uşağın müayinəsi zamanı biz sağ böyrəkdə böyük törəmə aşkarladıq. Müalicə planının müzakirəsindən sonra göbəkdən əməliyyatın icra edilməsinə qərar verdik. Dünya təcrübəsində bu, minimal-invaziv cərrahiyyənin ən son nailiyyətlərindən biri hesab edilir. Üsul “Single Port Surgery”, yəni tək port cərrahiyyə adlanır. Bütün səmimiyyətimlə deyə bilərəm ki, məhz bizim cərrahiyyə komandamız ölkəmizdə “Single Port Urologic Surgery”-nin qurucusudur. Təsadüfi deyil ki, xəstəxanamız və şöbəmiz ABŞ-ın JCI (Joint Commission International) akkreditasiyasından keçmişdir. Bu, bizim tibb ictimaiyyətimiz üçün əlamətdar hadisə sayılır.”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10