Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

30 aprel 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


Lakin həkim çantanı vermək istəmir. Meydan qızışır. Zərbə sərrast olmadığı üçün yumruq baş həkimin mavininin ağzına dəyir və onun dodaqları xəsarət alır. Hadisənin tamaşasına gələnlərin çox olduğunu görən baş həkim, yenə özünü itirməyib, məğrur-məğrur bildirib ki, narahat olmayın, boş şeydir, “klip çəkdirirdik”.
- Eşitdiyimə görə rayonun təhsilinin başqanı da klip çəkdirməyə hazırlaşır. Belə ki, hələlik eksponat toplayır - əvvəllər direktor işlədiyi məktəbdən çırpışdırdığı kohnə kondisioner, dəmir pilləkən, “lev”ı attestatlar, Gəncə filialının saxta diplomları, üzə durmaq sahəsində tarixi əhəmiyyətli sənədləri... toplayır. O, dostlarının bəzisinə deyir ki, bunlar mənim saxtakarlıqlarımın, fırıldaqlarımın canlı və ölməz şahidləridir. Hamısını toplayandan sonra ekranlaşdırıb tez–tez baxaçağam ki, keçmişimi unutmayım. Hətta müdrikcəsinə xatırlayıb ki, el arasında keşmişini unudanlar haqqında başqa ad da dolaşir.
- Deyirəm ki, bundan sonra dəb düşəcək, elə hər məmur özünə bir klip çəkdirəcək.
- Nə “sonrası”, artıq müdriklərin əksəriyyəti özünə prodüsser tutub- şəhərin meri gölməçələr, sayı-hesabı bilinməyən çalalar, rüsvayçılığı ikrah doğuran ayaqyolular, sahibsiz itlər barədə klip sifariş verib. Polis şöbəsi və məhkəmənin sədri çəkdirəcəkləri kliplərin ssenarisini gizli saxlayırlar. Suya, su kanalına baxan müdirlərin, eləcə də su adı ilə murdarlıq edənlərin, məmurların isə kliplərinə, ssenarilərinə sahib duran yoxdur. Yəni, fırıldaqları və saxtakarlıqları o qədər çoxdur ki, bir yerə qruplaşdırmaq olmur.
- Hər halda dəyərli tədbirdi. Həm özləri ahıl çağlarında baxıb ibrət götürərlər, ya da dünya belə getsə, gənc nəsil baxıb öyrənər ki, mənəviyyatsız yaşayıb, lakin zəngin yaşamağın maraqlı yolları var imiş. Eşitdiyimə görə hətta xarici ölkədəki Beynəlxalq Fırıldaq Mərkəzləri bu kliplərdən öyrənmək üçün ölkəmizə sifarişlər yollayıblar.
- Bu, çətin məsələdir. Onun əməlləri klipə-filana sığan deyil. Aşağısı 2-3 seriyalıq bir film çəkilməlidir. Bu film başlayacaq qırılmış ağaclardan, boynubükük palmalardan. Arxa fonda dəstə-dəstə əyilən, büzülən yaltaqlar, riyakarlar, dollarla, avro ilə dekorasiya olunmuş salonlar.
- Eh, xəyalım başqa yerlərə getdi, nənəli. Ortaya bu donuz qripi məsələsi girməsə idi, hələ başqa mətləblərdən də danışacaqdım.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10