Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Almaniyada polis komissarı olan azərbaycanlı qız - FOTO



Zaman-zaman Almaniya və Azərbaycan mediasının gündəmində olan Lana Atakişiyevabir daha diqqətləri üzərinə çəkməyi bacarıb.

Berlində polis komissarı işləyən azərbaycanlı qız sosial şəbəkədəki görüntüləri ilə marağa səbəb olub.

Azərbaycanlı xanım polis iş vaxtından sonra öz istirahətinə vaxt ayırır. İstirahət etdiyi yerlərdən tez-tez fotolar paylaşan Lana “Instagram”da fenomenə çevrilib.

Qeyd edək ki, Lana 15 il əvvəl, 15 yaşında ailəsi ilə birlikdə Almaniyaya köçüb. 30 yaşlı Lana Berlinin Noyköln rayonunda polis komissarıdır.

O, bundan əlavə fitneslə məşğul olub və pianoda ifa edə bilir. O, alman, rus, türk, ingilis və fransız dillərində danışa bilir.

  










Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10