Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Pelenin vəziyyəti yenidən pisləşdi



Dünya futbolunun canlı əfsanəsi Pelenin vəziyyəti yenidən pisləşib.

“Kral” ləqəbli futbolçu artıq addım atmaqda çətinlik çəkir.

Bunu Braziliya millisinin sabiq üzvünün oğlu Edinyo deyib. O bildirib ki, atası bütün gününü evdə keçirir:

“Atam çox utancaqdır. Təsəvvür edin: o, kraldır və həmişə belə təsiredici bir sima olub, insanların yaddaşında bu cür qalmaq istəyir. Təəssüf ki, bu gün  normal gəzə bilmir. Çox utanır, belə vəziyyətdə də evdən çıxmaq istəmir”.

Qeyd edək ki, 80 yaşlı Pele üçqat (1958, 1962, 1970) dünya çempionudur.

ApaSport






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10