Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dövlət İmtahan Mərkəzi 720 manata işçi axtarır



Dövlət İmtahan Mərkəzi (DİM) İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinə işçi qəbulu elan edib.

Cenub.az DİM-ə istinadən xəbər verir ki, vakant vəzifələr üzrə müsahibədə iştirak üçün müraciət edən namizədlər vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidirlər.

Vakant vəzifələr aşağıdakılardır:

Struktur bölmə: İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi

Vəzifənin adı: məsləhətçi

Aylıq vəzifə maaşı: 720 manat

Əsas qulluq funksiyaları:

  1. DİM tərəfindən keçirilən imtahanların digər tədbirlərin təşkili və keçirilməsini təmin edən kompüter sisteminin proqram təminatının yaradılması, müşayəti və istismarı;
  2. səlahiyyətləri çərçivəsində daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi;
  3. rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi;

Vəzifənin tutulma şərtləri

Təhsilə dair tələblər: ali təhsil

İş stajına dair tələbi: tələb müəyyən edilmir

İT biliklərinə dair tələblər: proqram təminatının Microsoft Visual Studio .Net, Borland Delphi kimi integrə edilmiş işlənmə mühitləri, müvafiq proqramlaşdırma dilləri; məlumat bazalarının idarəetmə sistemləri (MS SQL Server, Oracle), Transact SQL, Oracle SQL dilləri.

Xarici dil biliklərinə dair tələblər: ingilis dili – yaxşı, rus dili – yaxşı.

Müraciət etmək istəyənlərdən müraciət formasını buradan yükləyib tam dolduraraq 2020-ci il fevralın 29-dək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır). Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10