- Yəqin ki, icra başçısından başlayacaqsan?
- Söhbət deyil ki. Onun bəzi elədiyi yaxşılığı heç kim eləməyib. Tutaq ki, o da başlasaydı ədalətlə, qanunla, lap ölkə başçısının sərancamlarında deyildiyi kimi işləməyə, dükan yerlərinin pulunu yeməməyə, büdcədənkənar fondu kefi istəyən kimi firlatmağa, hərdən söhbətlərdə “quş” buraxmamağa, onda bəs biz nə yazardıq?
- Yaxşı, bəs xalqın bəzi nümayəndələri nuyə ondan narazıdır?
- Başçı xalqa zərər vurmayıb ki. O, xalqı səndən–məndən şox istəyir. Oduye, bir-iki ay öncə 4 nəfər acıq eyləyirdi. Həmin saatlarda sən də, mən də evimizdə rahat yatmışdıq. Amma xeyirxah başçımız rahat yata bilmədi. Necə ola bilər, 3-4 nəfər aclıq edir, rəhbərimiz rahat yatır. Ona görə təcili 30-40 polis işçisini ora yolladı ki, uşaqları aparın polisdəki KPZ-yə doyunca yedizdirin, 5-10 gün qulluq eləyin, əmələ gəlsinlər. Onlardan eləsi var idi ki, çayxanada çay almağa pulu yox idi, amma 10 gün orada müftə yedi, yatdıb - istirahəti istirahət, adı da ad.
- Bəs xaraba yollara nə deyirsən?
- Bu da onun müdrikliyinin nəticəsidir. Yol hamar olanda “aftoş”ları bilirsən də, sürəcəklər 100-150 ilə. Bir də gördun 1-2 nəfəri şil-küt elədilər. Amma yol çala-çuxur olanda uzağı şalvarı palcığa batır.
- Sən də ağ elədin. Bəs bu boyda şəhərin içində bir dənə də avtobusun işləməməsinə nə deyirsən?
- Bunu da xalqın sağlamlığına görə edir. Bir avtobus onlar üçün nədir ki? Uşaqlarının ad günündə bir-birinə kənd bağışlayırlar, zavod bağışlayırlar. Bİlə-bilə edir ki, əhali piyada gedib həm sağlam olsun, həm də pulu cibinə qalsın. Götürək, elə rayondakı gölməçələri, zibillikləri, sahibsiz itləri... Pisi görməsən, yaxşının qədirini hardan bilərsən. Belə müdrik siyasəti hamı başa düşə bilməz.
- Belə başa düşdüm ki, belə müdrik siyasət məktəblərimizdə də həyata keçirilir.
- Əlbəttə. Bu gün 0 dərəcə şaxtada sinifdə, dərsdə oturan şagird sabah hərbi xidmətdə heç bir əziyyət çəkməyəcək - soyuğa da dözəcək, şaxtaya da. Elə səhiyyə də bunun kimi. Tutaq ki, həkim xəstədən pul almır. Bu nə deməkdir? O deməkdir ki, xəstə fikirləşəcək ki, demək öləcəm ki, məndən pul almırlar. Deməli, nə qədər çox pul versə, sağalmasına ümid daha çoxdur. Sən kimi avamlar hardan bilsin ki, ünvanlı yardım verənlər yeni iş yerlərinin acılmaslna kömək edir. Bəzi kəndlərdə ərazi nümayəndəsindən, məktəb drektorundan, yaxşı qışqıran, söyüş söyə bilən qadınlardan ibarət zərbə qrupu yaradır, hər ay onlara əmək haqqı verirlər ki, çox baş aparan şikayətçiləri yerindəcə sakitləşdirsinlər. 20 kənddə belə zərbə qüvvəsi yaratmaq ən azı 50-60 yeni iş yeri deməkdir.
- Bütün bu uğurların qazanılmasından yaltaqların hansı xidmətləri oldu?
Yaltaqlıq elə də ziyanlı şey deyil. Məşhur rəhbərlərdən birinə yaltaqlığı irad tutanda bildirir ki, siz bilsəniz ki, bu yaltaqlığın hesabına 30-40 nəfərlik bir nəsli yedizdirirəm, məni heç qınamazsınız.
- Yolboyu qırılan yüzlərlə ağac hansı müdrikliyin nişanəcidir?
- O hündür ağaclar var ha, adamın, maşının üstünə aşa bilər, qol-budaqları o qədər artır ki, piyadaların gediş-gəlişinə mane olur. Amma palmalara bax, zifaf gecəsində üzüqara çıxan qızlar kimi başlarını elə aşağı salıblar ki, bəzisi heç yerdən ayılmır.
- Bilirsən ki, xalq elmdən ayrı düşdü?
- Qıza, nə elmbazlıqdır. Alim də, filosof da bir qarın çörək yeyir. İndi iqtisadı bohrandır. Alimin beyni çatlayır, varlının cibi - yenə əlac tapılmır. Amma kasıblar kefdədir. Nəyi var ki, nəyi də itirsin. Oduye, qoz 2 dəfə ucuzlaşıb.
Zahir Əmənov