Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
R.Qasımov bu görüntülərin araşdırıldığını deyib:
“Sosial şəbəkələrdə yayılan görüntüləri bir neçə mənbədən təhlil edirik”,- deyə R.Qasımov əlavə edib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə seçkilərlə bağlı neqativ və ya pozitiv məlumatların yayılması seçkinin şəffaflığını göstərir.
MSK rəsmisi bildirib ki, seçkidə neqativ halların olması normaldır:
“Şəffaflıq prosesin açıq olmasının birinci göstəricisidir. Cəmiyyətin seçkiyə həddindən artıq marağı var”.
Qeyd edək ki, sosial şəbəkələrdə seçki saxtakarlıqlarının olması barədə iddialar irəli sürülür.