“9 fevral Azərbaycan Milli Məclisinə keçirilən seçki özünəməxsus xüsusiyyətləri ilə yadda qalmaqdadır. Artıq seçki gününə qədər nəzərəçarpacaq hallar öz əksini tapırdı. Bunlar hamısı məhz islahatların sübutudur”.
Bu sözləri Azərbaycan Televiziyasının “Hədəf” verilişinin qonağı olan Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. Bildirib ki, seçki çox canlı keçir: “Bu seçki əvvəlki seçkilərdən fərqlənir. Fərqi görmək üçün əvvəlcə namizədlərin sayına fikir verək. Keçmiş seçkilərdəkilərdən az qala 2 dəfə artıqdır. Namizədlərin istifadə etdiyi texnologiyalar da seçkini fərqləndirdi. Deputatlığa namizədlər müxftəlif üsullardan istifadə edərək öz seçiciləri ilə ünsiyyətdə oldular. Onları öz platformaları ilə tanış etdilər”.
Xatırladaq ki, hazırda 1314 nəfər deputatlığa namizəddir.
Məlumat üçün bildirək ki, “Hədəf” verilişi hazırda AzTV-də canlı yayımlanır. Verilişi, həmçinin AzTV-nin rəsmi feysbuk səhifəsində də izləyə bilərsiniz.