Düşmən ölkə olsa da, Azərbaycan üçün də ibrətamiz haldır...
Ermənistanın Şirak vilayətinin prokuroru Karen Qabrielyanın tələbi ilə Gümrüdəki gecə klubları bağlanıb.
Cenub.az moderator.az-a istinadən xəbər verir ki, işğalçı ölkə saytlarınn yaydığı məlumata görə, buna səbəb həmin obyektlərdə kütləvi xuliqanlıq hallarına yol verilməsi ilə yanaşı, onların faktiki fahişəxanalara - pritonlara çevrilməsidir. Prokuror qeyd edib ki, xuliqanlıq və fahişəlik halları gecə klublarında, əsasən gecə saat 23: 00-dan sonra qeydə alınıb.
Qabrielyanın Gümrü merinə göndərdiyi bir vəsatət əsasında “Relax” gecə klubunun işi dayandırılıb, "Aura" gecə klubunun da işi məhdudlaşdırılıb. "Diamond" gecə klubu ilə bağlı isə öncədən cinayət işi var.
Erməni prokuror, həmçinin, 2019-cu ildə Şirak bölgəsi ərazisindəki otellərin fahişəlik üçün pritona çevrilmələri səbəbindən üçün bağlanması hallarının olmadığını söyləyib.
P.S. Düşmən ölkə olsa da, Azərbaycan üçün də nəticə çıxarmalı ibrətamiz bir haldır...