Bu günlərdə Rusiya mediasının II rus-çeçn müharibəsi və bu müharibə zamanı Qroznıda baş verənlərlə bağlı yaydğı məlumat, təqdim etdiyi şəkillər bütün dünyanı şoka salıb.
“Kommersant” qəzetində “Bizim şəhərimiz ölüdür” başlığı ilə yayımlanan, Şamil Basayev və digər çeçen mücahidlərinin terrorçu olaraq vurğulandığı məqalədə, Rusiyanın Müdafiə Nazirliyi, eləcə də polis qüvvələrinin törətdiyi vəhşiliklər haqqında da maraqlı informasiyalar yer alıb.
Müharibədən sonkakı Qroznını “ölü şəhər” kimi dəyərləndirən jurnalist, hərbi əməliyyatlar gedişatında şəhərin tamamilə dağıldığını, küçələrdəki meyidləri toplamaq üçün FHN-nin əmədkaşlarının həftələrlə çalışdığını bildirib. Cəsədlərin soyuducu-vaqonlara yığıldığını vurğulayan jurnalist, bir çox meyidlərin tamamilə tanınmaz hala düşdüyün, odur ki, onların şəxsiyyətini müəyyənləşdirməyin mümkün olmadığını bildirib.
Jurnalistin sözlərinə görə, bəzi hallarda öldürülən şəxslərin qalıqları onların müsəlman, yoxsa xristian dininə mənsub olduğunu müəyyənləşdirməyə imkan vermədiyi üçün, onların dəfni həm müsəlman, həm də provaslav ruhanilərinin birgə iştirakı ilə həyata keçirilir, bu qalıqlar birgə ayinlərdən sonra basdırılırdı.
Aparılan əməliyaytlar zamanı onlarla insanın itkin düşdüyünü bildirən jurnalist, hələ də həmin insanların taleyindən heç bir xəbər çıxmadığını vurğulayıb.
Işıq, su və qazın olmadığı, yalnız xarabalıqdan ibarət şəhərə müharibədən sonra bəzi çeçen ailələrinin qayıtdığını, lakin onların əksəriyyətinin bir neçə həftədən sonra ölüm və iztirab məkanı olan şəhəri əbədilik tərk etdiyi də məqalədə yer alan kədərli məlumatlar sırasındadır.