Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yeni internet televiziyası fəaliyyətə başladı




Azərbaycan informasiya məkanında yeni internet televiziyası yayıma başlayır.

“Pressklub TV” adlanan bu media qurumu fevralın 7-də Bakı vaxtı ilə saat 20:00-da “Yutube” kanalında efirə çıxıb.

TV ilk efir günündə parlament seçkilərindən bəhs edən “Rakurs” verilişini, “Sosial şəbəkə gündəmi”ni, həmçinin yaşadığımız Qafqaz regionunun bu günündən, Qarabağ problemi də daxil olmaqla bölgədəki münaqişələrdən söz açan “41-ci paralel” (rus dilində) proqramını təqdim edib.

“Bu TV ölkəmizdə, regionda və dünyada baş verən ən mühüm hadisələr barədə daha çox analitik proqramlar, təhlillər, şərhlər və çıxışlar verəcək, deyilən mövzularda debatlar, ictimai müzakirələr təşkil edəcək. Fərqli mövqelərin çatdırılması, plüralizm, dürüstlük, obyektivlik əsas prinsiplər olacaq,” – deyə Bakı Mətbuat Klubu İdarə heyətinin sədri Arif Əliyev bildirib.

A.Əliyev onu da əlavə edib ki, yeni layihədə peşəkar komanda çalışır və həmin komandaya tanınmış telejurnalist Qulu Məhərrəmli rəhbərlik edir.

“Pressklub TV” həftənin çərşənbə axşamı və cümə günləri efirdə olacaq.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10