Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hadi Rəcəblinin daha bir şirkəti üzə çıxdı


Araşdırmaçı jurnalist Cavanşir Həsənli deputat Hadı Rəcəblinin daha bir şirkətini üzə çıxarıb.

O bildirib ki, Hadı Rəcəblinin biznesinin başında "VERAVUL" MMC dayanır: "Deputat bu şirkət üzərindən "Palıdlı Sahil" istirahət mərkəzini, "Titanik" və "Apartment" restoranlarını və digər biznes obyektlərini idarə edir".

""VERAVUL" MMC 2013-cü ilin mayında 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Lənkəran rayonu Veravul kəndidir. Bu kənd Hadı Rəcəblinin doğma kəndidir. Şirkətin qanuni təmsilçisi deputatın qardaşı oğlu Şadil Xəzail oğlu Rəcəbovdur", - araşdırmaçı bildirib. 

Hadı Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədridir. O, hazırda 74 saylı Lənkəran kənd seçki dairəsindən namizəddir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10