Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dörd rayonda yanğın baş verib - (Astara)



Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyü 30 m² sahədə və damına yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Salyan rayonunun Şorsulu kəndində isə ümumi sahəsi 72 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 10 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

İmişli rayonunun Cavadxanlı kəndində də yanğın baş verib. Ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Daha bir yanğın hadisəsi Astara rayonunun Bala Şahağac kəndində qeydə alınıb. Ümümi sahəsi 47 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılan 1,8 ton ot bağlamasının 600 kiloqramı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10