Bir ailədə 3-cü oğlan övladı dünyaya göz açıb
Bu il fevralın 2-si bəzi macəra həvəskarları üçün maraqlı gün sayılır. Yəni, həmin gün 2 rəqəminin maraqlı düzülüşü yaranır – 02.02. 2020. Yazı dilinə “tərcümə” edəndə ayın 2 ci günü, 2-ci ayı, 2020-ci il.
Həmin gün anadan olanlar, toyu həmin günə salanlar ikiqat sevinc yaşayıb.
Masallı rayonunda həmin gün cəmi bir nəfər dünyaya gəlib.
01.02.2020-ci il. Saat 16.20-də Boradigah Qəsəbə Xəstəxanasında dünyaya gələn körpə bu şərəfə nail olub.
Türkoba kənd sakinləri Sadıqov Ramal Məzahir oğlunun (30 yaşlı) və Sadiqova Gülnar İsgəndər qızının (26 yaşlı) ailəsində dünyaya gələn uşağın adını Mirəli qoyublar.
Bu, ailənin 3-cü oğlan övladıdır. Əvvəlki uşaqlar 4 və 6 yaşındadır.
Ata sadə peşə sahibidir. Ailə çox sevinclidir və həkimlərə də çox minnətdardır.
Cenub.az