
Dağıstan dəmir yolunda piyadanın etinasızlığı ucbatından ölümlə nəticələnən faciə baş verib.
Yerli medianın yaydığı ilkin məlumatlarda belə deyilir.
“Fevralın 3-də, saat 9:48 radələrində Mahaçqala stansiyasında yerli sakin 3101 nömrəli yük qatarı tərəfindən ölümcül xəsarət alıb. Hadisə 1988-ci il təvəllüdlü qız dəmir yolu hissəsini qulaqlarında qulaqcıq, başında gödəkcə papağı olduğu halda və işıqforun qadağa işarəsinə məhəl qoymadan keçərkən baş verib” -deyə Rusiya İstintaq Komitəsinin Nəqliyyatda İstintaq üzrə Cənub İdarəsinin mətbuat xidmətindən bildirilib.
Hazırda istintaq orqanları 32 yaşlı qıza ölümcül xəsarət yetirilməsi faktı ilə əlaqədar araşdırma aparır.