“Rusiyada yaşayan Böyük Vətən Müharibəsi veteranları və əlillərinin hər biri müvafiq xidmətlər və könüllülərlə əlaqə üçün pulsuz mobil telefonla təmin olunacaqlar”.
Cenub.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədri Aleksandr Xinşteyn söyləyib.
“Rusiyada yaşayan Böyük Vətən Müharibəsi veteranlarına və əlillərinə bütün zəruri və faydalı nömrələr, o cümlədən könüllülərin nömrələrini ehtiva edən pulsuz mobil telefon təqdim etmək niyyətindəyik. Ötən ilin sonunda ölkədə 60 minə yaxın cəbhəçi var idi... Yaşlı bir insanın kritik anda bir şey axtarmağa ehtiyac duymaması və əlində telefonu olduğu halda həyəcan düyməsini basa bilməsi çox vacibdir. Bu, çox vacibdir, çünki ölkəmizin bütün ərazisi internetlə əhatə olunmur. Ancaq mobil rabitə demək olar ki, bütün ölkədə işləyir "-deyə Xinşteyn bildirib.
Deputat əlavə edib ki, veteran və əlil istifadəçilər üçün pulsuz danışıq vaxtı verilməsi məsələsinə də baxılır.
Onun sözlərinə görə, “Vahid Rusiya” Partiyası və könüllülərin ortaq işinin başqa bir sahəsi də hər bir keçmiş döyüşçüyə fərdi qayğı təşəbbüsü olacaqdır.
“Bizim vəzifəmiz bu insanların hər gününün mümkün qədər xoşbəxt keçməsi üçün hər şeyi etməkdir. Hər bir regionda səyləri əlaqələndirmək üçün uyğun bir səlahiyyətli rəhbər təyin ediləcəkdir”- deyə komitə sədri vurğulayıb.
Dumanın komitə sədri əlavə edib ki, partiya üzvləri Faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş digər layihələrə də dəstək verəcəklər.
Xatırladılır ki, dekabr ayında Rusiya Prezidenti Vladimir Putin qubernatorlara “veteranların xahişlərinə mümkün qədər tez və aydın cavab verin" göstərişini vermişdi.