Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabad-Taxıl zəmisinə gedən 15 yaşlı yeniyetmə döyülüb komaya salındı - DİN-ə ŞİKAYƏT...



Cəlilabad rayon Muğan kənd sakini Abbasov Elçin İrəc oğlu 15 yaşlı oğlu İrəc Abbasovun ölümcül döyüldüyünü bildirir. 
Hadisəni yeniyetmənin atası E.Abbasov əməkdaşımıza belə nəql edib. 

“Oğlum Abbasov İrəc Elçin oğlu 1 mart 2004-cü ildə anadan olub. İrəc Ağdaş Humanitar kollecində oxuyur və qış tətili olduğu üçün evə gəlib. Yanvarın 29-da İrəc həyətimizdəki itimizi də götürərək Söyüdlü kəndi ərazisində taxıl zəmilərimizə baxmağa gedib. Söyüdlü kəndi ərazisində kənd sakini, 35 yaşlı Xəlilov Vüsal Yusif oğluyla rastlaşıb. Yusif oğlumun qarşısını kəsərək deyib ki, sən kimsən, bizim kənddə nə gəzirsən? Oğlum taxıl zəmilərimizə baxmağa getdiyini desə də, Vüsal buna məhəl qoymayıb. Bu zaman onlar arasında əlbəyaxa dava olub. Vüsal oğlumdan fiziki cəhətdən güclü olduğuna görə oğlu yaşda uşağı ölümcül döyüb. Yumruq zərbələri nəticəsində oğlumda beyin silkələnməsi olub və yerə yıxıldıqdan sonra başın təpiklə də bir neçə zərbə endirib. Zərbələrin gücündən oğlumun həm qulağından, həm də burnundan qan açılıb. 
Hadisə yerində oğlumun huşsuz olduğunu görəndən sonra Yusif Şahin adlı dostuna zəng vuraraq təcili tibbi yardım çağırmağı xahiş edib. Hadisə yerinə gələn Şahingil oğlumu ayılda bilmədikləri üçün şəxsi avtomobilləri ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Mənə zəng vurub dedilər ki, oğlunu xəstəxanaya aparırıq və siz də ora gəlin. Mən xəstəxanaya çatanda gördüm ki, həmin şəxslər oğlumu xəstəxanaya çatdırıblar və həkimlər çalışırdılar ki, oğlumu oyatsınlar. Oğlumun burnundan və qulağından qan axması davam edirdi. Mənə orda dedilər ki, yol qırağında oğlunu huşsuz vəziyyətdə tapmışıq. Amma sonradan məlum oldu ki, oğlum ölümcül döyülüb. Uşağın vəziyyəti kritik olduğu üçün dərhal Bakıya Mərkəzi Klinikaya çatdırdıq. Klinikada uşaq dərhal müayinə olundu və bildirildi ki, zərbələrdən beyni silkələnib, qulaq nahiyyəsindən qan açılıb. Bir sutkadan sonra oğlum komadan ayıldı və hadisəni dəqiqliyi ilə bizə danışdı və bildirdi ki, onu Vüsal Xəlilov döyüb. Maddi imkanım olmadığına görə oğlumu xəstəxanadan evə gətirmişəm və ev şəraitində müalicələri davam edir. 
Hadisəylə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə də məlumat verdim. Cəlilabad rayon Polis Şöbəsindən mənə zəng vurub dedilər ki, rayona qayıtdıqdan sonra sizinlə əlaqə saxlayacağıq. Lakin bu günə kimi Cəlilabad rayon Polis Şöbəsi tərəfindən hələ ki, tədbir görülməyib.  Hələ mənim özümə deyirlər ki, Vüsal Xəlilovun xəsarəti sənin oğlundan çoxdur. Bunlar isə heç də inandırıcı deyil. Mən sizin vasitənizlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edirəm və xahiş edirəm ki, oğlumu ölümcül döyən şəxs cinayət məsuliyyətinə cəlb edilsin”.
moderator





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10