Deputatlığa namizədlərin təbliğat kampaniyası ərəfəsində nənələrlə qucaqlaşaraq foto çəkdirib sosial şəbəkədə paylaşması gülüş obyektinə çevrilib. İnsanların onların bu cür görüntülərinin saxta olduğunu bildiriblər.
Bəs görən namizədlər niyə yaşlı nənələrlə şəkil çəkdirir?
Əməkdar artist, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən depuatlığa namizəd Elza Seyidcahan cavablandırıb:
“Namizədlər ona görə yaşlı nənə və babaların əllərindən öpür ki, çünki hər yerdə ağsaqqal və ağbirçək sözünə ehtiyacımız var. Belə bir deyim var ki, “Allahsız yerdə otur, amma böyüksüz yerdə oturma”. Yaşlı insanların üzündə bir əzəmətli nur olur, biz onlarla görüşəndə, əllərindən tutub görüşəndə xeyir-dualarına böyük ehtiyac duyuruq. Bilirsiniz ki, mən Arif Məlikovun tələbəsiyəm, o, 86 yaşında dünyasını dəyişdi, Allah ruhunu şad eləsin. Hər bayramda ona baş çəkib əlindən öpərdim. Mən Arif müəllimlə söhbət edəndə ondan enerji alırdım və böyük bir əsər yaradırdım. Bu baxımdan düşünürəm ki, ilk olaraq ağsaqqal və ağbirçəklərimizi yada salmalıyıq. Bizim gənclərimiz də yaşlı adamlarla tez-tez görüşməlidir. Mən çox xoşbəxt insanam ona görə ki, nənə-baba tərbiyəsi görmüşəm. Düzdür, bu gün namizədlərin nənələrlə fotoları tənqidlə qarşılanır. Nənələrin əllərini quru-quru öpməkdən də bir şey çıxmaz, onların qayğısına qalmaq lazımdır. Əlbəttə, bu günki gündə dövlətimiz tərəfindən bütün yaş kateqoriyasından olan insanlara böyük diqqət var”.
moderator.az