Avropa İttifaqı viza almaq qaydalarını dəyişdirib.
Oxu.Az xəbər verir ki, bu barədə Avrokomissiyanın saytında məlumat yerləşdirilib.
İndi viza almaq üçün səfərə yarım il qalmış müraciət etmək mümkündür. Əvvəl isə bu müddət üç aya kimi idi. Yaşadığın ölkədə sənəd vermək indi elektron formada da mümkün olacaq. Lakin 59 ayda bir dəfə şəxsən müraciət etmək gərək olacaq ki, bu da barmaq izinin götürülməsi üçün lazımdır.
Avropa İttifaqı həmçinin, dəfələrlə sənəd verənlər üçün şərtləri sadələşdirib. İndi müsbət viza tarixçəsi olan şəxslər tədricən viza müddətini uzatmaqla beş ilə kimi çatdıra bilərlər.
Viza müraciətlərinə baxmaq üçün maksimal müddət isə dəyişməyib, 15 gün olaraq qalır. Yalnız istisna hallarda bu, 45 günə qədər uzana bilər.
Qeyd olunur ki, bu şərtlər vətəndaşlarına Avropa İttifaqı ölkələrinə getmək üçün viza tələb olunan 105 dövlətdə eyni olacaq. Digər vizasız rejimdə olan ölkələr üçün isə heç nə dəyişməyib.
Şərtlərin dəyişilməsi qanunsuz miqrasiyanın qarşısını almaq məqsədlidir.