Mirzə Xəzər 1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayıb
Tanınmış jurnalist və publisist, “Azadlıq” radiosunun Azərbaycan bölməsinin baş redaktorunun sabiq müavini Mirzə Xəzər vəfat edib.
AYNA xəbər verir ki, o, 73 yaşında dünyasını dəyişib.
Mirzə Xəzər 1947-ci ilin noyabrında Göyçayda anadan olub. 1973-cu ilin iyununda Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvarınadək Sumqayıtda vəkil işləyib. Həmin ilin iyununda SSRİ-ni tərk edərək, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib.
1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycanda baş verən hadisələri işıqlandıran verilişlərinə görə Mirzə Xəzər işlədiyi "Azadlıq" radiosunda güclü təzyiqlərə məruz qalıb. Onun 1990-cı ilin yanvarındakı fəaliyyətini araşdırmaq üçün Vaşinqtonda xüsusi komissiya yaradılıb. Təzyiqlər 2003-cü ilədək, Mirzə Xəzər "Azadlıq" radiosundan ayrılmağa məcbur olan günədək davam edib.
Mirzə Xəzərin "Verba Volant, Scripta Manent" ("Söz Uçar, Yazı Qalar") adlı ilk kitabı 2013-cü ildə Almaniyanın Münxen şəhərində çap edilib. Onun ikinci kitabı "Factum est Factum" ("Peşman Deyiləm") adı ilə 2014-cü ilin sonunda nəşr edilib.
Mirzə Xəzər 1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayıb.
Allah rəhmət eləsin!