Azərbaycan Televiziyasında Nailə Babayevanın təqdimatında,yaymlanan "Çıxışa doğru" tok-şousunun bu dəfəki buraxılışında “Jurnalistikanın problemləri" müzakirə olunub.
Proqrama dəvət olunan tanınmış ekspertlər Elçin Şıxlı, Arif Əliyev, Əflatun Amaşov və Xalid Kazımlı mövzu ilə bağlı fikirlərini səsləndiriblər.
Proqrama dəvət olunan tanınmış ekspertlər Elçin Şıxlı, Arif Əliyev, Əflatun Amaşov və Xalid Kazımlı mövzu ilə bağlı fikirlərini səsləndiriblər.
Elçin Şıxlı baş vermiş bir hadisədən çıxış edərək mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: "Bir dəfə avtomobil bir qadını vurmuşdu, qadına kömək etməyib, hadisə yerindən qaçmışdı. Bunu görən taksi sürücüsü onu təqib edib Həmin taksi sürücüsü qadını vuran maşına çatıb və sürücüyə deyib ki, mən həmin qadının qardaşıyam. Orda sürücüdən 500 manat pul alıb... Sonra polis sürücünü saxlayır və məlum olur ki... Yəni belə düşüncə sahibi olan adamlar var. Belə hallar müxtəlif platformalarda baş verir. Və belə adamlar sayt açıb, "jurnalist" işləməyə başlayır".
Qeyd edək ki, veriliş həftə içi 5 gün, saat 17.00-da canlı yayımlanır. Tok-şouda əsasən sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.
"Çıxışa doğru" tok-şousunun informasiya dəstəkçisi BakuPost.az saytıdır.