Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

19 noyabr 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Bəs astaralı bacı ilə hansı söhbət etmədin?
- Dedim, astaralı bacı, bəlkə, zənbilində Astara balığı-zadı ola? Dedi ki, can bacı, elə balığı da vermişik arxivlərə. Dənizi üzümüzə elə bağlama-yıblar ki, balıq da yeyə bilək. O gün 15 yaşlı nəvəm kitabda balıq şəkli görüb. Deyir ki, nənəli, bu-u nəə-di? Dedim ki, get, dəniz qırağında yaradılan Katerlər bürosunun rəisi Adil Abdullayevdən soruş. Orada o qədər balıq adı ilə pul yığan var ki, az qalır adam özü kürü tökə. Adil müəllimlə dil tapmayanlar, yəni ayın sonunda ona ”yüz” gəlməyənlərin qayığı da, toru da gedir kütə, sonra xahiş-minnət sonra həmin qayıqlar onların özlərinə satılır. Hələ bir matros əsgər də tora ilişib tələf oldu, qanı arada getdi. Deyəsən, valideynləri hələ də xəbərsizdir. Bəlkə də mənə gülürsən ki, xirda-para şeyləri dilə gətirirəm. Amma fikirləşəndə ki, cənub sahillərində 300-dən artıq qayıq var və həmin 300-ü vursan 100 manata, alınan rəqəmi vursan ilə, onda deyərsən ki, nə yaxşı. Kamal müəllimin bu zırıltıdan xəbəri yoxdur.
- Dərd bir bu olsa idi nə var idi ki. Allahın kişmişin qonşu İrandan gətirməyə icazəmiz yoxdur. Deyirlər ki, bu kişmişdır, xalçadır... bunun sahibi baş məsciddə əyləşib. Onun xeyir-duası olmasa, ona kimsə əlini vira bilməz. Daha balıq belə, kişmiş delə, zənən xeylağı olsam da, dedim, keçim metlax alverinə. Qonşu Bayraməli dedi ki, kül avam başuva, bilmirsən ki, həmin məhsulun sahibi, hörmətli Süleyman müəllimdir? Onun razılığı olmadan bu mala əl vursan, gərən hər kvm-nə əlavə 10 manat verəsən. Dedim avam arvadam, belə şeyləri haradan bilim.
- Elə bunları deməyə gəlmişdin?
- Qıza, dərd bir, iki deyil e, stadionu satırlar. Qəbir daşını satırlar, avto-bus dayanacağını satırlar, hətta çirkab suların axıtması üçün qurulan boruları da əkişdirirlər. Amma başbilənlər deyir ki, ən çörəkli alver qum alveridir. Hətta bəziləri deyir ki, onsuz da bu dənizın balığı bizim deyil, bəlkə onun suyunu qurudub, qumlarını bir yerdən sataq getsin.
- Qıza, bu qədər ki, dərdimiz var, nə əcəb, onları Həccə gedən icra başçılarına, başqa məmurlara demirsiniz?
- Qıza, heç icra başçılarlndan Həcc ziyarətinə gedən var ki?
- Niyə getmirlər ki?
- Həccin əsas şərtlərindən biri odur ki, həmin şəxs bu səfər ərəfəsində incitdiyi, zərər vurduğu butun insanlarla halallaşmalıdır. Təsəvvür edin ki, icra başçısı yüzlərlə insanın dükan bazarını soküb, minlərlə insanı çörək–vay edib, o bu qədər adamla necə halallaşacaq? Hələ üstəlik o müqəddəs yerdə şeytana daş atmaq məqamı. Keçən ilki əhvalat yadın-dadır da?
- Bir az danış, yadıma düşsün.
- Keçən il bir-iki məmur həcc ziyarəti zamanı şeytana daş atanda şeytan onları qəfil yaxarayıb demişdi ki, buralarda nə hərlənirsiniz? Mən şeytanlıq etmək üçün sizi gəldiyiniz yerə təhkim etmişəm, postunuzu sahibsiz qoyub bura niyə gəlmisiniz?
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10