Lerikdə 5 il öncəki vəzifə dəyişməsinin pərdə arxası
Cenub.az-ın məlumatına görə, bu günlərdə Lerik Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyi vəzifəsinə yeni təyinat olub. Ali iqtisadi təhsilli, 29 yaşlı Ramal Məsiyev bu vəzifəyə təyin olunub.
Məsiyev kimdir? Lerikdə onun adı gələndə öncə rəhmətlik atası Məsiyev Kaməddin yada düşür. Kaməddin uzun müddət Lerik Rayon Rabitə və Telekkomunikasiya İdarəsinin rəisi işləyib. Lerikdə adı hörmətlə çəkilən məmurlardan olub. 2015-ci ildə isə Lerikdə qəribə vəzifə dəyişməsi baş verib. Belə ki, DSMF-nin Lerik Şöbəsinin müdiri, RİH-nin 1-ci müavini Cəlil Baxşiyevin yaxın qohumu Vəligulla Alışov işində olduqca ciddi nöqsanlara, saxtakarlara görə hədəfə gəlib və onu həmin vəzifədə saxlamaq mümkünsüz olub. Vəziyyətdən çıxış yolu kimi V.Alışovu DSMF Lerik Şöbəsinin müdirliyindən azad edib, başqa idarəyə göndərməyə qərar verilib. Məhz buna görə Lerikin o zamankı “Rabitə” başqanı K. Məsiyevi vəzifəsindən azad edilərək Lerik İHB-nin Şəhər Nümayəndəsi vəzifəsinə keçirilib. Boşalmış yerə isə “DSMF”-çi V. Akışov təyinat alıb.
K. Məsiyev isə 5 il şəhər nümayəndəsi vəzifəsində çalışdıqdan sonra bu yaxınlarda, 60 yaşında qəfildən dünyasını dəyişib.
Rayon rəhbərliyi bu şəxsə ehtiram əlaməti olaraq onun Rayon Kənd Təsərrüfatı İdarəsində baş mütəxəssis işləyən --- atasının yerinə şəhər nümayəndəsi təyin ediblər. Xatirladaq ki, Məsiyev Rayon İdman və Gənclər İdarəsinin də fəallarından olub.
Uğurlu olsun.
Cenub.az