Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Əməkdar artistin maarifləndirilməsi zərurəti...” - BNA-dan Ədalət Şükürova sərt CAVAB



Əməkdar artist Ədalət Şükürov Bakı Nəqliyyat Agentliyini  (BNA) sərt şəkildə tənqid edib.


Cenub.az Yenisabah.az-a istinadən xəbər verir ki, müğənni bu haqda video çəkərək sosial şəbəkədə paylaşıb. O, BNA-nın yalnız mərkəzi küçələrdə fəaliyyət göstərməsindən gileylənib:

“Əziz dostlar, mən indi 20 Yanvar dairəsindəyəm. Yarım saatdır burda tıxacdayam. Bakı Nəqliyyat Agentliyi təzə bir “yem” tapıb. Bunlar heç nə etmirlər, oturublar maşında, kameraları qoyublar, mərkəzdə fırlanırlar və pul yığırlar. Bunların başqa işi yoxdur. Mən bilmirəm, BNA nə ilə məşğuldur, amma bundan başqa heç nə ilə məşğul olmurlar. 20 Yanvar dairəsində bir dəfə də görməmişəm onları. Maarifləndirmək yoxdur. 

Sağolsunlar, Dövlət Yol Polisi həmişə burda fəaliyyət göstərir, amma buna baxmayaraq, BNA nə ilə məşğul olur, ancaq pul yığır və ancaq mərkəzdə olurlar. Gəlin buraya da baxın”.  

Həmin görüntüləri təqdim edirik:

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10