Sosial şəbəkələrdə cinsi azlıqlara məxsus bir kişi görkəmlinin Berlin küçələrindən birində müsəlman qadının başından hicabı çıxartmağa çalışdığı görüntülənən videonun müzakirəsi başlanıb.
Xarici İslam saytlarının yaydığı xəbərdə deyilir ki, aqressiv homoseksualdan qurtulmağa çalışan qadının köməyinə yaxındakı gənclər gəlib. Kadrlardan göründüyü kimi, həddini aşmış gey "kişi" hətta onu kənarlaşdırmağa çalışan gənclərə də zərbə endirməyə çalışır...
Video-görüntülərdə kadr arxasındakı səsin qadına hücum edən şəxsin Almaniyada məskunlaşmış Livan vətəndaşı olduğu ortaya çıxıb.
P.S. Bu, artıq rəzalətin, həyasızlığın son həddi, kulminasiyası, “demokratik”, “liberal”, "tolerant" Qərb düşüncəsinin bilərəkdən dəstək verdiyi şərin təntənəsidir...
P.P.S. Həm də bu, təsadüfi bir olay yox, bəşəriyyəti təbii inkişaf yolundan çıxarmağa, bütün insani dəyərləri yox edərək kütlələr üzərində idarəçiliyi cinsi azlıqlara, fahişələrə verməyə çalışan transmilli super şər güclərin, qlobal monarxiyanın “overton pəncərəsi” çərçivəsində planlaşdıraraq həyata keçirdiyi tədbirlərdir...