Rusiya Federasiyası Baş Prokurorluğu Xaçaturyan bacılarının işi ilə bağlı yeni qərar verib.
Cenub.az Rusiya mediasına istinadən xəbər verir ki, öz atalarını amansızcasına qətl edən erməni qızları ilə bağlı iş yenidən ibtidai istintaqa qaytarılıb. Prokurorluq bunu istintaqın düzgün aparılmaması ilə əlaqələndirib.
Baş prokuror müavini bacıların lazımi müdafiəyə ehtiyacı olduğu üçün hərəkətlərinin yenidən qiymətləndirilməsinin lazım olduğunu bildirib.
Qeyd edək ki, qızlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “g” bəndinə (bir qrup şəxs tərəfindən əvvəlcədən sui-qəsddə törədilən qətl) görə ittiham olunaraq həbs edilmişdi. Buna baxmayaraq Baş Prokurorluq ittiham aktını təsdiqləməkdən imtina edib.
Rezonanslı qətl 27 iyul 2018-ci ildə törədilib. İstintaqa görə, üç bacı Moskvadakı Altufevskoye Şosedəki mənzildə atasını öldürüb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, lakin sonra həbs qətimkan tədbiri yüngülləşdirilib.
İstintaq təfərrüatlarına görə, Moskvada Krestina, bacıları öz ataları, 57 yaşlı Mixail Xaçaturyanın qətlində ittiham olunurlar.
Hüquqşünaslar hesab edir ki, qızlar özünü müdafiə üçün bu üsula əla atıb. Müdafiə tərəfinin fikrincə, Xaçaturyan bir neçə ildir ki, qızlarını sistematik şəkildə döyür və onları zorlayırmış.
Məhz buna görə qızlar atalarını aradan götürmək qərarına gəliblər.