Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

200 milyon izləyicisi olan Ronaldu “Instagram”dan 43 milyon avro qazanır - FOTO



İtaliyanın “Yuventus” komandasının hücumçusu, dünya şöhrətli 34 yaşlı dörd uşaq atası, portuqaliyalı futbolçu Kriştianu Ronaldunun sosial şəbəkə paylaşımları üzərindən qazandığı pulların məbləği açıqlanıb. 

“Yuventus”dakı maaşı 30 milyon avro olan Ronaldu hər il sosial media hesabından təxminən 43 milyon avro qazanır. Ötən gün isə ulduz futbolçu daha bir dünya rekorduna imza atıb. Belə ki, onun “Instagram” səhifəsinin izləyiciləri 200 milyona çatıb.

“200 milyon olduq! Bu yolu mənimlə bölüşdüyü üçün hər kəsə təşəkkür edirəm” – dəyə K.Ronaldu izləyicilərinə minnətdarlığını bildirib.

Reytinqdə növbəti pillələrdə 173 və 169 milyon izləyicisi olan müğənnilər Ariana Qrande və Dueyn Conson durur. Sonrakı yerlərdə isə Selena Qomezdir. Ronaldunun futbol sahəsindəki rəqibi Lionel Messini isə 141 milyon insanı izləyir.
oxu.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10