Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

30 sentyabr 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Yəni bizdə bürokratiya bu qədər inkişaf edir?
- Bəs nə bilmişdin? İndi sənə bir bürokrtdan danışım, gözün kəllənə çıxsın. Hələlik adını çəkmirəm, bəlkə, işarədən qanıb bir nətiçə çıxardar. Hə, bu direktor həyat yoldaşı vəfat edən qadının dəfn pulundan çırpışdırmaq üçün həmin qadını həftələrlə get-gələ salır - o kağızı gətir, bu kağızı gətir. Axırda bəhanələrinin qurtardığını görüb, həmin əri ölən qadına deyir ki, get, vətəndaş özü gəlsin (yəni, ölən özü gəlsin). Qadın da halını pozmadan deyir ki, o rəhmətlik gələ bilməz, amma şox vacibdirsə, sən qəbirstanlığa, onun yanına gedə bilərsən.
- Bu müdirlərin vətəndaşlarla davasını başa düşürəm, bürokratiya, kopprupsiya, filan. Bəs bu müdirlər öz işçiləri ilə niyə yola getmir? Hansı idarənin nümayəndəsilə söhbətləşirsən, deyir ki, bizim kimi alçağı, başkəsəni, fırıldağı, nə bilim nəyi gəlməmişdi. Elə bil iynən tapırlar - harada saxtakarın yekəsi, aşağıları söyə bilən, yuxarıların söyuşlərin yeyə bilən, pul çırpışdırmağın bütün yollarını mükəm-məl bilən varsa, gətirirlər vəzifəyə.
- Bunun əsas səbəbi odur ki, indi əksər müdirlər tək yemək istəyir. Deyir ki, sağı da mənim, solu da mənim. Aşı da mənim, suyu da mənim.
- Deyirəm, dünya yavaş–yavaş düzəlir e. Lap o adam tutan idarələrin də ab-havası dəyişib. Yəni ki, əvvəllər adam tutardılar, indı torpaq tuturlar.
- Torpağı da qoduqluğa satırlar?
- Yox, qıza. Yəni ev yeri, dükan yeri kimi alırlar. Sonra bir şirkətdən taxta, bir şirkətdən kərpic, birindən sement xahiş edib özlərinə mülk düzəldirlər. Daha sonra da orucluqda bir-iki iftar ehsanı verib and içirlər ki, bizə heç kimin bir qəpiyi də lazım deyil.
- İndi bu iş üsulu hər yerdə dəbdəbir. Neyləsinlər axı? Bütün rüşvətxorlar, saxtkarlar birləşib, qardaş olub, hamı bir-birindən gözükölgəlidir. O saxtakardan 5-10 kub taxta alan rəis sabah onun bəd əməlini necə araşdırar?
- Allah bilir ki, onlar bu evlərini tikənə qədər neçə nəfərin evini yıxacaqlar.
- Onsuz da zəmanə dəyişib. Əvvəllər müəllimlər direktora pul verərdi ki, filan kəm-kəsirimi həll elə. İndi bəzi direkorlar bəzi-bəzi müəllimlərə pul verir ki, filan–filan kəm-kəsirlərimi ağartma.
- Düz deyirsən, bacı. Lap qədim zamanlarda drektorlar xadimələrə pul verərdilər ki, çox əziyyət çəkirsiz, pulunuz azdır. Amma indi xadimələr nəinki neçə drektoru, hələ bir az ondan da böyükləri dolandırırlar.
- Bu, hələ harasıdır ki? Qədimdə hamı dilənçiliyə haqq verərdi. İndi dilənçilər nəinki öz patronlarını, hələ bəzi polis işçilərini də dolandırır.
- Elə belə də olmalıdır da, hamı bir-birini dolandırmalıdır. Zanir Əmənov.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10