Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ona görə zəlzələ olur ki, qızları uşaq yaşda ərə vermək qadağan edilib..." - FOTO



Yanvarın 25-də Türkiyənin Elazığ Sivircə bölgəsində baş verən güclü zəlzələdən sonra ölkənin Yıldız Texniki Universitetinin professoru Bedri Gəncərin sosial şəbəkələrdə zəlzələ ilə bağlı yazdıqları hiddətlə qarşılanıb. 

Türkiyə mətbuatı xəbər verir ki, universitetin elm və ədəbiyyat fakültəsi, humanitar və ictimai elmlər kafedrasının professoru Bedri Gəncər sosial şəbəkədəki hesabında təbii fəlakətləri uşaq nikahlarının qadağan edilməsi ilə əlaqələndirib. Professor yazıb ki, uşaq yaşda nikahın qadağan edilməsi zəlzələyə səbəb olub.  Avstraliya, Çin Allahın xoşuna gəlməyən işlərə toxunduğu üçün onlara AİDS, ebola virusu kimi əzab gəlib. Türkiyədə də Allahın halal buyurduğu yaşda evliliyi təcavüz sayırlar, xoşbəxt evlilikləri pozurlar. 


Professorun yazdıqları böyük səs-küyə səbəb olub, izləyicilər tənqid ediblər. Bundan sonra professor paylaşımını silməyə məcbur qalıb. Bedri Gəncər bundan əvvəl də boşanan qadınları yüngül adlandırdığı üçün tənqid edilmişdi. 

Tənqidlərdən sonra Gəncər söylədiklərinin Elazığ zəlzələsi ilə bağlı olmadığını deyib, lakin yenə də uşaq yaşda evliliyi müdafiə edib. “Elm adamının vəzifəsi doğrular qədər səhvləri də göstərməkdir, haqsızlığa qarşı çıxmaqdır”,-professor bildirib. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10