Böyük Britaniya sakini Kelsi Bonas avia uçuşlarda rahat gedib gəlmək üçün 76 kiloqram çəki itirib.
Cenub.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı “Daily Mail” nəşri yayıb.
Məlumata görə, o, əvvəllər təyyarədə təhlükəsizlik kəmərlərini taxa bilmirmiş, çünki onların uzunluğu kifayət qədər deyilmiş.
Kanadanın Ontario şəhərindən olan 32 yaşlı Kelsi Bonas evlənərək Böyük Britaniyaya köçüb. Qadın gündə üç dəfə “McDonald”a gedərək çəki alıb və çəkisi 136 kiloqrama çatıb.
Lazımsız kilo Bonasa uşaqlarla gəzməkdə və oynamaqda çətinlik yaradıb. Həmçinin, avia uçuş zamanı onun belində təhlükəsizlik kəmərləri uyğun gəlməyib və o, stüardessalardan ona uzadıcı kəmər gətirməyi xahiş etməli olub.
Qadın bir neçə dəfə pəhrizə otursa da bu, bir nəticə verməyib.
Nəticədə, Bonas mədə kiçiltmə əməliyyatı etdirib və zərərli qidalar yeməyib. Bunun sayəsində onun çəkisi 76 kiloqram azalıb. Hazırda onun çəkisi 60 kiloqramdır.