Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Koronavirus bu şəxslərə yoluxmur - DİQQƏT



“Koronavirus 2019-nCoV” daha çox 35-50 yaşlı kişilər üçün təhlükəlidir.

Bu barədə Rusiyada tibb sahəsində yüksək çinli mənbəyə istinadla xəbər verilib.

“Məlumatlara görə, virusun bu ştammı irqindən və sosial vəziyyətindən asılı olmayaraq, 35-50 yaşlarında olan kişilər üçün daha böyük təhlükə yaradır – məhz onlar ölənlər və yoluxanlar arasında mütləq əksəriyyəti təşkil edir. Uşaqlar və hamilə qadınlar isə demək olar ki, yoluxmurlar”, - deyə nəşrin müsahibi bildirib.

Qeyd edək ki, son məlumatlara görə, dəhşətli virusdan 132 nəfər həlak olub. Bundan başqa, 4500-dən artıq insan xəstəliyə yoluxub.

Virusun insandan insana ötürüldüyü bildirilir. Yanvarın 28-də isə Çinin Səhiyyə qurumunun nümayəndəsi dəriyə təmasla da yoluxma ola biləcəyini açıqlamışdı.

“Əgər virus əllərin dərisinə düşərsə və bu vaxt gözlərinizi təsadüfən ovuşdurursanız, virus yoluxması baş verə bilər”, - deyə o, bildirmişdi.

Bundan başqa, Çində koronavirusun yayılmasının pik həddinin 7-10 gündən sonra baş verəcəyi proqnozlaşdırılıb. / Oxu.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10