Mən çıxıb gedərək öz işimlə məşğul olsaydım və ertəsi gün o xanımın öldüyünü eşitsəydim, heç vaxt özümü bağışlamazdım...”
Britaniyada 45 yaşlı müsəlman taksi sürücüsü xanım müştərini özünü öldürməkdən çəkindirməyi bacarıb.
Xarici İslam saytlarının verdiyi xəbərdə deyilir ki, ibrətamiz olay İngiltərənin Yorkşir qraflığında baş verib.
Əli Asik Halla avtomobilinə minən ingilis qadını göstərilən ünvana çatdırıb. Ancaq bir körpünün altında maşından düşən müştərisinin yaşayış binalarına getmək əvəzinə, kmsəsiz bir parka tərəf yönəlməsi onu şübhələndirib. Gecə yarıdan keçmiş idi və Əli qadın üçün nəsə bir təhlükə yaranacağını düşünərək onun arxasınca qaçıb. Müsəlman kişi xanıma yetişdiyində artıq onun kiçik hasarı aşaraq Hamber çayına atılmasına anlar qalıbmış. Əli cəld qadının qolundan yapışaraq özünü çaya atmasına imkan verməyib. O, xilasetmə xidmətinin nömrəsini yığıb və polis gələnə qədər şaxtalı, küləkli bir havada qadını dilə tutaraq həyatına son verməkdən çəkindirməyi bacarıb...
Bir müsəlman olaraq gərəkli iş gördüyünü anlayan Əli deyir: "Mən o gecə qadının hara getdiyinə önəm vermədən çıxıb gedərək öz işimlə məşğul olsaydım və ertəsi gün o xanımın öldüyünü eşitsəydim, bunu heç vaxt özümə bağışlamazdım...”